Modern.az

Avropadan Heydər Əliyev Fonduna minnətdarlıq - FOTOLAR  

Avropadan Heydər Əliyev Fonduna minnətdarlıq - FOTOLAR  

8 Noyabr 2016, 09:58

İnsanların kimliyi, xarakteri dar gündə tanınır. Azərbaycan xalqı tarixən hər zaman dost sevən, dost qazanan olub. Və dostu hər zaman dəyərləndirməyi bacarıb. Azərbaycanlılar evinə gələn qonağı süfrəsinin yuxarı başına keçirib, darda olan dostlarına əl tutmağı özlərinin şərəf işi hesab ediblər. İnsanlıq, insana münasibət, humanizm baş məqsəd olub.

Çağdaş dünyamızda bu kimi məqamlara çox böyük ehtiyac var. İndi xalqımızın timsalında dünya miqyasında insanlıq, humanızm missiyanı həyata keçirən Heydər Əliyev Fondu, onun prezidenti, Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva var. Dünyada Azərbaycanın mədəniyyətini təbliğ edən, ehtiyacı olanlara əl tutan, xalqımızı tanıdan Heydər Əliyev Fondunun gördüyü işlər tarix boyu unudulmayacaq, millətimizin adına şərəfli bir iş kimi əbədi qalacaq.

Heydər Əliyev Fondu uzun illərdir ki, xeyriyyəçilik misiyası ilə dünyanın bir çox ölkələrində iş aparır, ehtiyacı olan insanlara əl tutur, məktəb və sağlamlıq ocaqlarının tikintisində yaxından iştirak edir.

Sual oluna bilər, bu kimi addımlar AZƏRBAYCANa nə verir? Bu suala Bosniya və Hersoqovinanın patyaxtı Sarayevoda Heydər Əliyev Fondu tərəfindən gözdən əlil və zəif görənlər üçün inşa edilən mərkəzin direktoru Dəmir Ovçina mükəmməl şəkildə aydınlıq gətirdi:


“Bu mərkəzi görənlər, bu mərkəz barədə məlumat alanlar Azərbaycan barədə birmənalı bilgiyə malik olurlar. Azərbaycan sülh ölkəsidir, mədəniyyət ölkəsidir, insanlıq ölkəsidir”.

Bəli, Fondun bu humanist addımları nəticəsində ölkəmiz daim dostlar qazanır. O dostlarımız  arasında isə azyaşlılar da, yaşlı insanlar da var. Fondun gördüyü mərhəmətli işlər bir ailəyə, bir ocağa, bir millətə, bütövlükdə dünyamıza işıq gətirir.

İşıq demişkən, dünya işığına məhrum olan insanlara yardım etmək, onların könüllərinə işıq saçmaq ən mərhəmətli və savab əməldir. İnkişaf etmiş sivil dünyada bu gün dünya işığından məhrum olan  və ya gözdən əlil olanlar üçün reabilitasiya mərkəzləri, dərs ocaqları yaradılır. Belə ocaqlarda oxumaq istəyən, təhsil almağa nail olan insanlar  ikiqat xoşbəxt olurlar. Çünki belə mərkəzlərdə toplaşarkən ətrafları genişlənir, kimsəsiz olmadıqlarını, cəmiyyətin bir hissəsinə çevrildiklərini anlayırlar.  

Heydər Əliyev Fondunun belə çoxsaylı təşəbbüsləri, yardımları  dünyada nə qədər insana həm həyat bəxş edib, həm də gələcək.  Fodun təssübkeşliyi həm də milli-mənəvi dəyərlərimizin göstəricisidir. 

Bosniya və Hersoqovinanın Sarayevo şəhərində  müxtəlif millətlərə məxsus əlil uşaqların təhsil aldığı, görmə qabiliyyəti  məhdud uşaq və gənclər üçün bir internat evi var.

Mərkəz Balkan regionunda bu qəbildən tək müəssisədir.  Həmin müəssisə bütün dünyada həyata keçirdiyi humanitar layihələrlə böyük rəğbət qazanmış Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2013-cü ildə bosniyalılara hədiyyə edilib.  


İndi bu  mərkəzdə yalnız Sarayevo şəhəri deyil, regionun əlil uşaqları təhsil alırlar. Zövqlə tikilmiş iki ayrı-ayrı korpusdan ibarət olan “Görmə qabiliyyəti məhdud uşaq və gənclər üçün mərkəz”in  idman  kompleksində  üzgüçülük hovuzu,  yüngül atletika və əlil uşaqların sağlamlığını bərpa etmək,  boş saatlarını  mənalı keçirmək  üçün hər cür şərait yaradılıb.

Məktəbin tədris binasında  təhsilin asanlaşdırılması üçün bütün müasir cihazlardan istifadə edilib. Müəllimlər bu dərs ləvazimatları və xususi kompüterlərlə şagird və tələbələrə yüksək təhsil verməyə nail olurlar.

Bu mərkəz Azərbaycana, Heydər Əliyev Fonduna çox minnətdardır, bizdən çox razıdır.


Bunu bu günlərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Feyziyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Bosniya və Herseqovinaya səfəri çərçivəsində mərkəzin ziyarəti zamanı canlı yaşadıq. HEYDƏR ƏLIYEV FONDU ILƏ, AZƏRBAYCANIMIZLA QÜRUR DUYDUQ.

Bosniya və Herseqovinada səfərdə olan Milli Məclisin nümayəndə heyətinın yaddaqalan görülərdən biri də “Görmə qabiliyyəti məhdud uşaq və gənclər üçün mərkəz”lə tanışılıq oldu. 
Görüşdə iştirak edən  Azərbaycanın Bosniya və Hesoqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov, Azərbaycan–Bosniya və Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Çingiz Qənizadə, Milli Məclisin deputatı Elşad Həsənov, xalq yazıçısı Çingiz Abdullayev, “Milli Məclis” jurnalının baş redaktoru Ülviyya Abdullayeva, Modern.az saytının rəhbəri, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı  da bosniyalıların Azərbaycana olan böyük məhəbbətinin şahidi oldular.  

Avropadan Heydər Əliyev Fonduna minnətdarlıq


Əlillər üçün olan bu təhsil mərkəzində ilk söhbət etdiyimiz şəxs məktəbin gənc müəlliməsi Fatima Vilic oldu. O dedi ki, bu məktəbi bitirib,  gözündə görmə əngəli var.

Lakin buna görə heç zaman özündə kompleks hiss etməyib. Məktəbdə ən gözəl və yükəsk təhsilə yiyələnib. Burada aldığı biliklərin sayəsində, indi elə bu doğma təhsil ocağında dərs deyir. Onlara bu səadəti, bu sevinci bağışlayan Heydər Əliyev Fonduna minnətdardır. 

Fatima Vilic onu da xatırladı ki, ötən il, Heydər Əliyevn Fondunun dəvəti ilə Azərbaycanda qonaq olub. Ölkəmizdəki insanlar qonaqpərvərliyi, xoş simaları, gözəl rəftarı ilə onu valeh edib. Bir də ki, Azərbaycanda gördüyü multikultural dəyərlərə görə məmnun qalıb. Çünki onun ölkəsi Bosniya da çox multikultural, bütün dinlərə və inanclara açıqdır.

Mərkəzin direktoru Dəmir Ovçina qonaqları  əvvəlcə iki geniş korpusdan ibarət olan komplekslə tanış etdi. Dəmir Ovçina kitabxana haqqında məlumat verərək bildirdi ki, burada brayl əlifbası ilə hazırlanmış dünyanın bir çox dillərindən, eləcə də Azərbaycan dilindən tərcümə edilmiş kitablar var. Azyaşlı məktəblilər, məzunlar və ali məktəb tələbələri də bu kitabxanadan yararlanırlar. Kitabxanada toplanmış dünya ədəbiyyatından olan nümunələrdən, elmi ədəbiyyatlardan ali məktəb məzunları da yararlanırlar.  

LEYLA ƏLİYEVA ÇOX SEVİNİRDİ

Mərkəzin qədim tarixindən danışan Dəmir Ovçina  qeyd etdi ki, əlillərin bu təhsil ocağına zaman-zaman düyanın bir çox öılkələrindən və təşkilatlardan yardımlar edilib. Lakin Heydər Əliyev Fondun etdiyi yardım təmənnasız olduğu qədər, həm də fərqli bir missiyadır.  O xatırlatdı ki, bu məktəbi vaxtıilə Bosniyada müharibə zamanı yaraqlılar zəbt edib, xarabalığa çevirmişdi. Lakin bosniyalılar öz tarixi haqqına nail olduqdan sonra əlillərin mərkəzi yenə öz sahiblərinə qaytarıldı. Və onun  bu gün belə gözəl və zövqlü, hər cür şəraiti olan bir təhsil ocağı kimi fəaliyyət göstərməyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rolu danılmazdır.  


“Məktəb yenidən qurulanda və təmir olunanda Lelya Əliyeva yorulmaq bilmədən bütün proseslərdə iştirak edirdi. Bu məktəb hazır olanda burada təhsil alan  şagirdlər qədər Leyla Əliyeva da sevinirdi. Burada sevgi var, burada işıq var. Ona görə də bu gün mərkəz  şəhərimizin incilərindən biri sayılır. Artıq “Görmə qabiliyyəti məhdud uşaq və gənclər üçün mərkəz”  deyiləndə hər bir bosniyalı, hər bir balkanlı Azərbaycanı xatırlayır. Hamı bilir ki, Azərbaycanın humanist dəstəyi nəticəsində belə bir təhsil ocağı yaranıb. Məktəb tikən, məktəb yaradan insanlar dünyanın ən yaxşı adamlarıdırlar. Buna görə də mən Heydər Əliyev Fonduna öz minnətdarlığımı bildirirəm”. 

Azərbaycan nümayəndə heyətinin sədri,  Milli Məclisinin deputatı Cavanşir Feyziyev də mərkəz haqqında təssüratlarını bölüşdü:


“Bizim bu mərkəz haqqında məlumatımız var idi, indi gəlib öz gözlərimizlə gördük. Heydər Əliyev Fondu Azərbaycanı dünyanın hər yerində layiqincə təmsil edir. Biz bundan çox məmnunuq. Bu Fond yarandığı gündən ölkə daxilində və xaricində çox xeyirxah işlər görüb. Bununla bərabər, Fondun fəaliyyəti dünyanın hər yerində eynidir, onun üçün millətlərin, irqlərin, insanların fərqi yoxdur. Hər kəsə kömək edir, ağır zamanında hər kəsin yanında olur. Əlil insanlar üçün belə müasir bir mərkəzin yaranması da həmin yanaşmanın bariz nümunəsidir. Son nəticədə isə bütün bunlar bizim sizinlə birlikdə insan dəyərlərinə verdiyimiz qiymətin göstəricisidir. Bəli, bəzən insanlar ideyalar, ərazilər, ideallar uğrunda müharibələr, davalar edirlər.  Bizi isə biri-birimizə birləşdirən başqa dəyər var: insanlara yardım etmək, dəstək vermək və onları anlamaq. Biri-birimizdən çox uzaq məsafələrdə yaşasaq da, eyni etnik qrupa, dil qrupuna daxil olmasaq da, bizim ümumi insanı dəyərlərimiz var. Bu da bizi biri-birimizə yaxınlaşmağa və daha səmimi anlamağa kömək edir. Heydər Əliyevi Fondunun da ali məqsədi budur”.

Sonunda millət vəkili Cavanşir Feyziyev  Azərbaycan milli ornamentləri ilə toxunmuş nəfis xalçanı da məktəbin direktoruna xatirə hədiyyəsi kimi təqdim etdi.

Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov öz çıxışında qeyd etdi ki,  görmə qabiliyyətini itirən, zəif görən inanlara sevinc, həyat bəxş etmək, onları sevindirməkdən gözəl nə ola bilər.   


“Allahın qarşısında da, vicdan qarşısında da bu, ən böyük mərhəmət, savab və xeyriyyəçilikdir.  Əsl dostlar və insanlar biri-birini ağır gündə tanıyırlar. Bizim dövlətimiz də bosniyalıların ağır günündə onlara dəstək oldu. Bu, bizim mənəvi borcumuzdur”.

 

Aida Eyvazlı

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir