Modern.az

Bakıda 45 yaşlı kişi evində yanaraq öldü

Bakıda 45 yaşlı kişi evində yanaraq öldü

Aktual

8 Noyabr 2016, 10:25

Bu gün səhər Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 128 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 78 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı 1971-ci il təvəllüdlü Hümbətov Qalib Səfər oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?