21 oktyabr 2017, Şənbə
Ana Səhifə - MÜSAHİBƏ - “Heç xəbərdarlıq da etmədən hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm” - MÜSAHİBƏ
“Heç xəbərdarlıq da etmədən hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm” - MÜSAHİBƏ
08.11.2016, 11:55

Gəray Gəraybəyli: “Bu suala cavab verə bilsəm, yəqin ki, mənə Nobel mükafatı verərlər”

 

Azərbaycan Tibb Universetinin (ATU) rektoru, Səhiyyə Nazirliyinin baş psixiatrı Gəray Gəraybəyli Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

 

-Gəray müəllim, Tibb Universitetinə rektor təyin olundunuz. Hansı yeniliklər var?

 

- Tibb Universiteti həmişə ölkənin qabaqcıl universitetlərindən biri olub və indi də belədir. ATU-nun hazırladığı tələbələr bu gün bir çox tibb müəssisələrində həkim kimi çalışır və əhaliyə yardım göstərir. Lakin hesab edirəm ki, universitetə yeni rəhbərin gəlişi ilə hansısa köklü dəyişiklik, inqilabi dəyişiklik gözləmək düzgün deyil. Bu günə qədər olan mövcud iş, mövcud istiqamətlər daha da genişləndirilməli, dərinləşdirilməlidir.

Rektor təyin olunduqdan sonra ilk əvvəl bir çox istiqamətlərdə olan işin monitorinqini apardım. Məsələn, tədris, elm, tələbələrin asudə vaxtının istifadəsi, yataqxanalardakı şərait. Bu monitorinqdən sonra konkret iş planı yaradıldı və həmin istiqamətdə öz fəaliyyətimizə başladıq.

Bu gün istər təhsilə, istər səhiyyəyə qarşı əsas tələblər odur ki, bu sahələr dünya standartlarına, inkişaf etmiş ölkələr səviyyəsində uyğun olsun. Ümumilikdə, mən bu aylarda bir çox beynəlxalq işlərə imza atmışam. Bir çox universitetlərdə olmuşam, həmçinin onların  nümayəndələrini qəbul etmişəm. Həm birgə elmi araşdırma və tədqiqatların aparılması, həm də tələbə mübadiləsinə nail olmaq, rezidentlərin digər ölkələrdə rotasiyasının  keçməsini təmin etmək istəyirik. Xarici ölkələrin proqramlarına əsasən bizim proqramlarda yeniliklər etmək, yeni tədris metodlarının tətbiqinə nail olmaq arzusundayıq.

 

-Siz gəldiniz və bəzi kadr dəyişikliyi etdiniz. Belə iddialar var ki, apardığınız kadr islahatları birmənalı qarşılanmayıb...

 

-Sözün düzü, bunun birmənalı qarşılanmaması haqqında bir məlumatım yoxdur. Lakin fikrimcə,  kadr dəyişikliyi əsasən iki səbəbdən ola bilər: ya insan pis işləyəndə onu dəyişirlər, ya da planlı şəkildə rotasiyaya uyğun olaraq kadr dəyişikliyi aparılır. Mən çox şadam ki, dəyişdirilmiş kadrların əksəriyyəti işində dərin nöqsan olduğuna görə yox, sadəcə olaraq, yeni bir fikir, yeni bir istiqamət yaratmaq üçün rotasiya olunub. Hansısa kadrların yerlərinin dəyişdirilməsi təbii qarşılanmalıdır.

 

-Hazırda universitetdə nə qədər xarici tələbə təhsil alır? Onlar əsasən hansı ölkələrdəndir?

 

-İndi ATU-da 1696 nəfər xarici tələbə təhsil alır. Bunlardan 686 nəfər hazırlıq kursunda, 34 nəfər rezidenturada, 5 nəfər isə magistratura şöbəsində təhsil alır.  

Xarici ölkələr sırasına Türkiyə, İran, Suriya, İsrail, Fələstin, İordaniya, İraq, Pakistan, Sudan,

Rusiya, Yəmən, Amerika, Əfqanıstan, Kanada, Misir, Böyük Britaniya daxildir.

 

-Siz  rektor təyin olunandan sonra universitetdən nə qədər tələbə xaric olunub? Və hansı səbəblərə görə? 

 

-Hazırda dəqiq rəqəm yadımda deyil. Onu deyə bilərəm ki, 18 nəfər xarici tələbə keçən tədris ilinin sonunda ATU-dan xaric olunub. Çünki universitetlə olan müqavilənin bir neçə bəndini pozublar və il ərzində təhsil haqqını ödəyə bilməyiblər. Halbuki, təhsil haqqı semestr  başlanandan sonrakı bir ay ərzində ödənməlidir. Biz bir il gözləsək də, təhsil haqqı ödənilməyib. Digər tərəfdən, yayda, yeni tədris ilinin başlanğıcı ərəfəsində 20-yə yaxın tələbə öz xahişi ilə xarici ölkələrdə təhsil almaq məqsədilə universitetdən uzaqlaşıblar.

 

-Tibb Universitetinin diplomlarının xaricdə tanınması məsələsində hər hansı bir problem yoxdur ki?

 

-ATU-nun diplomunu tanıyan ölkələrin sayı ildən-ilə artır. Bu il həmin ölkələrin sırasına İraq da daxil oldu. İraqın Azərbaycandakı səfiri mənimlə görüşündə bu xəbəri bizimlə bölüşmüşdü.

 

-Universitetin beynəlxalq əlaqələrində, tələbə mübadiləsində hansı yeni addımlar atılacaq?

 -Bu il bizə sözün əsl mənasında xarici tələbə axını var. Bu il hazırlıq şöbəmizə 600-dən artıq tələbə qəbul olunub. Bu, əvvəlki illərə baxanda, ən azı 2-3 dəfə artım deməkdir. Bu, bir tərəfdən  bizim üçün sevindirici haldır. Bu hal universitetinin nüfuzunun, reytinqinin artmasının göstəricisidir. Digər tərəfdən, bu, professor-müəllim heyəti üçün əlavə məsuliyyətdir. Belə hal ATU-da ingilis dilini bilən müəllimlərinin sayının artırılmasını zəruri edir. Beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində istərdim ki, bura təkcə xarici tələbələr yox, həm də xarici ölkə universitetlərinin müəllimləri, həkimləri, mütəxəssisləri gəlib dərs desinlər, tələbələrin iştirakı ilə hansısa bir əməliyyatı icra etsinlər.

 

-Heç hansısa müəllim rüşvətə görə işindən çıxarılıbmı?

 -İndiyədək belə fakt aşkar olunmayıb. Hesab edirəm ki, bu, hüquq-mühafizə orqanlarının funksiyasıdır. Mən onu dəqiq deyə bilərəm ki, əgər belə bir faktın olduğunu sübut edən dəlillər aşkarlasam, dərhal, heç xəbərdarlıq da etmədən özüm hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm.

 

-Məşhur aktyor, korifey sənətkar Ağasadıq Gəraybəylinin nəvəsisiniz. Ailənizdə, qohumlarınızda kimsə aktyorluq ənənələrini davam etdirirmi?

-Təəssüf ki, yox.

 

-Baş psixiatrsınız. Mən bildiyimə görə, dünyada belə bir standart qəbul olunub ki, hər ölkə əhalisinin 1 faizi şizofreniyadan əziyyət çəkir. Azərbaycanda dəqiq say varmı?

 

-Yəqin ki, Dövlət Statistika Komitəsində belə bir rəqəm var. Lakin onu  da deyim ki, Ümumdünya Səhiyyə Təşkilatının rəsmi hesabatlarına görə, əhalinin təxminən 1 faizində şizofreniya kimi xroniki xəstəliklərə rast gəlinir.

 

-Ümumiyyətlə, psixi xəstəliklərin yaranmasının səbəbləri nədir? Mühitin təsiri və xarici amillər məsələsinə toxunmanızı istəməzdim. Mümkünsə, konkret insan şüur və təbiətindəki vərdişlərdə yaranan disbalansın şüuraltı səbəblərindən danışasınız.

 -Bu suala cavab verə bilsəm, yəqin ki, mənə Nobel mükafatı verərlər.

 

 -Azərbaycanda psixi xəstəliklərdən hansılar dominantlıq təşkil edir? Şizofreniyanı çıxmaq şərti ilə hansını tam sağaltmaq mümkündür? Belə bir təcrübə varmı? 


 -Müxtəlif növ depressiyalar, affektiv pozuntular və stresslə bağlı olan pozuntular.

 

-Psixiatrlardan ən çox hansının izahları sizi qane edir? Freyd, Bexterev, Otto Rank, Karl Yunq, yoxsa tamamilə başqa biri? Yeri gəlmişkən, Freydin izahları birmənalı qarşılanmır... 


 -Bunların hər birinin müxtəlif istiqamətlərdə izahatı var. Yalnız Karl Yunq Freydizmin daha da inkişaf etmiş nəzəriyyəsini irəli sürüb ki, buna da neofreydizm deyirlər. Digərləri isə müxtəlif məktəblərə baxır. Burada əsas məsələ söhbətin psixiatriyanın hansı sahəsindən getməsindən asılıdır. Məsələn, əgər insanın davranışında isteriya kimi pozuntular, instinktiv sferada olan pozuntular müşahidə olunursa, o zaman təbii ki, Freydin nəzəriyyəsi bu gün psixoanalitik nəzəriyyə olaraq, bir çox ölkələrdə dominant nəzəriyyə kimi qəbul olunur.

 

 -Gəray müəllim, Azərbaycan tibb təhsili kifayət qədər peşəkar psixiatr yetişdirə bilirmi? Söhbət, müasir dövrdən gedir. Mən demək istəyirəm ki, yəni bu sahədə xarici mütəxəssisə heç ehtiyac olmasın. 


 -Çox sevindirici haldır ki, bir neçə il əvvələ nəzər yetirdikdə, bu gün  həqiqətən də dəyişikliklər var. Bir neçə il bundan əvvəl psixiatriya sahəsinə gələn tələbələrin sayı çox az idi. İstər internatura dövründə, istərsə də rezidenturada. Məsələn,  rezidenturanın ilk ilində psixiatriya üzrə 1 nəfər olub, bu il isə bu say 10-12 arasıdır. Bu, gənc həkimlərin psixiatriyaya marağının artmasını göstərir. Hesab edirəm ki, Azərbaycanda psixiatriya məktəbi kifayət qədər ənənəsi olan bir məktəbdir. Professor  Ozeretskovskidən başlamış, professor Abbasquliyev, professor Ağabəy Sultanov kimi korifeylərimiz olub. Onların əməyi bu gün də öz təsirini göstərməkdə, öz bəhrəsini verməkdədir.

 

-Azərbaycanda tibb sahəsində ciddi problemlərin olduğu, həkimlərin səhlənkarlığı barədə məlumatlar çox yayılır. Bu, sizdə hansı reaksiya yaradır?

 -Mən həkiməm və təbii ki, bu sahəyə aid olan nöqsanları eşidəndə mənə xoş olmur. Lakin bir məsələ var ki, hər bir sahədə səhvlər ola bilər və olur. Bu yaxınlarda mətbuatda digər inkişaf etmiş ölkələr - Almaniya, İngiltərə, Kanadada həkimlərin səhvləri ucbatından xəstələrin halının pisləşməsi statistikası verilmişdi və kifayət qədər ciddi rəqəmlər idi. Halbuki, biz bu ölkələrin təhsil sistemini bəyənirik. Bu da onu göstərir ki, təbabət o qədər zəngin və çətin bir fənndir ki, hər bir dəqiqə gözlənilməz nəsə baş verə bilər. Bəli, mən hesab edirəm ki, hər bir elm sahəsində səhv ola bilər. O cümlədən, tibb sahəsində. Çalışmaq lazımdır ki, səhvlər azaldılsın. Çünki bizdə hər bir səhv bilavasitə insan həyatı ilə bağlıdır.

 

Lakin onu da etiraf edək ki, hansısa məsələni şişirtmək, qabartmaq, hansısa bir həkimi haqsızlıqla nüfuzdan salınması düzgün deyil. Yadınızdadırsa, bir neçə il bundan əvvəl bir çox xəstələrimiz İrana gedirdi, bu, daha sərfəli və inamlı yol idi. İndi bu dalğa çox azalıb. İndi xəstələrimiz gedib görürlər ki, bizim həkimlərimizin texnologiyası onlardan da üstündür. Şükür olsun ki, bizim müasir tibb müəssisələrimizdə hamının həsəd apardığı avadanlıqlar var. Biz bu işi daha da mükəmməlləşdirməliyik, əlimizdən gələni etməliyik ki, tibb sahəsindəki yeni gənc mütəxəssislərimiz xaricdəkilərdən geridə qalmasın. İndi də elə savadlı, peşəkar, gündə yüzlərlə xəstəyə kömək edən, xeyir verən mütəxəssislərimiz var ki, adları heç yerdə çəkilmir. Bunu danmaq olmaz.

 

-Digər universitetləri rektorları ilə münasibətləriniz necədir? Ən çox hansı ilə yaxınsınız?

 -Bu  6 ayda bütün universitet rektorları ilə görüşüb, tanış olmuşam. Onlar arasında çox təcrübəli insanlar, həm də gənc rektorlar var. Hamısından da xoş münasibət və yardım görmüşəm. Fürsətdən istifadə edərək onların hər birinə öz minnətdarlığımı bildirirəm. 

 

-ATU-nun Tədris Terapevtik Klinikası, Tədris Cərrahiyyə Klinikası və Onkoloji Klinikasında qiymətlər elə də ucuz deyil. Hər halda orada müalicə alanların dediklərindən belə bir qənaət yaranır. Olmazmı, qiymətlər bir az aşağı salınsın?

 -Mövcud qiymət siyasəti elədir ki, hansısa müəssisə tərəfindən təyin oluna bilməz və istənilən qiymət də qoymaq olmaz. Mən ilk aylarda bununla bağlı şikayətlər eşitmişdim. Və maliyyə məsələləri ilə məşğul olan insanlara tapşırmışdım ki, qiymətlərin monitorinqini aparsınlar. Klinikalarımızda olan qiymətlər 7 digər klinikanın qiymətləri ilə müqayisə olundu. Monitorinqin nəticələrindən belə bəlli oldu ki, bizdəki qiymətlər 4 klinikadakından aşağı, digər 3-ü ilə eyni səviyyədədir. Elə bir klinika olmadı ki, bizdəki qiymətlər o klinikalardan baha olsun.

İkincisi, bilirsiniz ki, hansısa bir qiymət səbəbsiz formalaşmır. Həm avadanlıq, həm təchizat, həm istifadə olunan dərmanlar, həm həkim əməyi düşünülür. Hər halda, biz bu qiymət siyasətini bir siyasət kimi qəbul etmirik. Çünki mən klinikaların rəhbərlərinə tapşırmışam ki, güzəşt qrupları - güzəşt şərtləri yaradılsın. Hansı əhali kateqoriyasına daxil olanlara güzəşt ola biləcəyi müəyyənləşdiriləcək.

 

-Bu klininakalara əsasən hansı ölkələrdən həkimlər cəlb olunur?

 -Hazırda bizdə işləyən həkimlərin hamısı öz həkimlərimizdir. Onlar arasında Türkiyədə, xaricdə təhsil almış həkimlər var, lakin xarici vətəndaş yoxdur.

 

Aqşin KƏRİMOV


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Universitetlərin hazırlıq qrupuna qəbul proseduru - Təhsil eksperti ŞƏRH ETDİ   
21.10.2017, 10:23

Universitetlərin hazırlıq qrupuna qəbul proseduru - Təhsil eksperti ŞƏRH ETDİ  

YAP da mitinq keçirəcək?..   
21.10.2017, 10:04

YAP da mitinq keçirəcək?..  

“Cəzaların yüngülləşdirildiyini vurğulamaq doğru yanaşma deyil”   
21.10.2017, 10:01

“Cəzaların yüngülləşdirildiyini vurğulamaq doğru yanaşma deyil”  

Pensiyaların artımı üçün ayrılacaq vəsaitin həcmi məlum oldu   
21.10.2017, 09:52

Pensiyaların artımı üçün ayrılacaq vəsaitin həcmi məlum oldu  

Ermənistan atəşkəsi 126 dəfə pozdu
21.10.2017, 09:48

Ermənistan atəşkəsi 126 dəfə pozdu

Xarabaya çevrilən, paltarları göz yaşları ilə toza bulaşanların şəhərindən REPORTAJ - FOTOLAR
21.10.2017, 09:30

Xarabaya çevrilən, paltarları göz yaşları ilə toza bulaşanların şəhərindən REPORTAJ - FOTOLAR

Əfqanıstandakı partlayışda ölənlərin sayı 72-yə çatdı - YENİLƏNİB
21.10.2017, 09:06

Əfqanıstandakı partlayışda ölənlərin sayı 72-yə çatdı - YENİLƏNİB

"İspaniya problemi demokratiyaya hörmətlə yanaşmaqla həll edəcək" - Kral
21.10.2017, 00:47

"İspaniya problemi demokratiyaya hörmətlə yanaşmaqla həll edəcək" - Kral

Misirdə 16 polis öldürüldü
21.10.2017, 00:31

Misirdə 16 polis öldürüldü

Braziliyada şagird məktəb yoldaşlarını güllələdi: 2 ölü
21.10.2017, 00:15

Braziliyada şagird məktəb yoldaşlarını güllələdi: 2 ölü

Azərbaycan nefti ucuzlaşdı
20.10.2017, 23:59

Azərbaycan nefti ucuzlaşdı

İtaliyada külli miqdarda narkotik müsadirə edildi
20.10.2017, 23:43

İtaliyada külli miqdarda narkotik müsadirə edildi

Azərbaycandan Rusiyaya aparılan 33 ton pomidor geri qaytarıldı
20.10.2017, 23:29

Azərbaycandan Rusiyaya aparılan 33 ton pomidor geri qaytarıldı

Ağsu məktəbliləri erkən evliliyin fəsadları ilə bağlı maarifləndiriləcək
20.10.2017, 23:19

Ağsu məktəbliləri erkən evliliyin fəsadları ilə bağlı maarifləndiriləcək

Bakıda Amerika təhsil sərgisi oldu - FOTO
20.10.2017, 23:06

Bakıda Amerika təhsil sərgisi oldu - FOTO

Şirin qazlı içkilər uşaqlarda sümük əriməsinə səbəb olur - VİDEO
20.10.2017, 22:46

Şirin qazlı içkilər uşaqlarda sümük əriməsinə səbəb olur - VİDEO

Şəmkirdəki qətlə qısqanclıq səbəb olub - Yenilənib
20.10.2017, 22:29

Şəmkirdəki qətlə qısqanclıq səbəb olub - Yenilənib

ATƏT Parlament Assamleyasının yeni prezidenti gürcü oldu
20.10.2017, 22:13

ATƏT Parlament Assamleyasının yeni prezidenti gürcü oldu

Rusiya helikopterləri terrorçuların bazasına endi
20.10.2017, 21:41

Rusiya helikopterləri terrorçuların bazasına endi

Borclu əvəzinə zaminin ölkədən çıxışına qadağa qoyuldu - VİDEO
20.10.2017, 21:25

Borclu əvəzinə zaminin ölkədən çıxışına qadağa qoyuldu - VİDEO

“Sən homoseksualsan...” - SSRİ rəssamlarının sərgisində XRUŞOVUN PARTLATDIĞI “BOMBA”
20.10.2017, 20:59

“Sən homoseksualsan...” - SSRİ rəssamlarının sərgisində XRUŞOVUN PARTLATDIĞI “BOMBA”

Əhvalınız xoş olacaq – ÇAYINIZA HİL ATIN
20.10.2017, 20:46

Əhvalınız xoş olacaq – ÇAYINIZA HİL ATIN

Xaçmazda məktəbli itkin düşüb
20.10.2017, 20:33

Xaçmazda məktəbli itkin düşüb

Ukraynada Azərbaycanın Müstəqillik Günü qeyd edildi - FOTOLAR
20.10.2017, 20:17

Ukraynada Azərbaycanın Müstəqillik Günü qeyd edildi - FOTOLAR

Silahlı insidentdə yaralanan soydaşımız süni tənəffüs aparatına qoşulub
20.10.2017, 19:51

Silahlı insidentdə yaralanan soydaşımız süni tənəffüs aparatına qoşulub

Yeni zenit-raket sistemlərinin döyüş hazırlığı yoxlanılıb
20.10.2017, 18:57

Yeni zenit-raket sistemlərinin döyüş hazırlığı yoxlanılıb

Gələn ildən abituriyentlər iki qrup üzrə qəbul imtahanı verə biləcək
20.10.2017, 18:45

Gələn ildən abituriyentlər iki qrup üzrə qəbul imtahanı verə biləcək

Ermənistan ordusu Qarabağda itki verdi
20.10.2017, 18:37

Ermənistan ordusu Qarabağda itki verdi

TANAP layihəsinə 500 milyon dollar kredit ayrıldı
20.10.2017, 18:22

TANAP layihəsinə 500 milyon dollar kredit ayrıldı

Moskvada ermənilərlə taciklər arasında kütləvi dava olub
20.10.2017, 18:11

Moskvada ermənilərlə taciklər arasında kütləvi dava olub

Bakıda Beynəlxalq Kulinariya günü qeyd olunub - FOTOLAR
20.10.2017, 18:05

Bakıda Beynəlxalq Kulinariya günü qeyd olunub - FOTOLAR

25 il ərzində 7000-ə yaxın azərbaycanlı ABŞ-da təhsil alıb
20.10.2017, 18:05

25 il ərzində 7000-ə yaxın azərbaycanlı ABŞ-da təhsil alıb

Azercell-dən “Hədsiz” İnternetlə və ilkin ödənişsiz iPhone8 əldə et!
20.10.2017, 17:56

Azercell-dən “Hədsiz” İnternetlə və ilkin ödənişsiz iPhone8 əldə et!

Sükan arxasında söhbət edənlər cərimələnəcək? - YOL POLİSİ MƏSƏLƏYƏ NÖQTƏ QOYDU
20.10.2017, 17:28

Sükan arxasında söhbət edənlər cərimələnəcək? - YOL POLİSİ MƏSƏLƏYƏ NÖQTƏ QOYDU

Mağazalardan silsilə oğurluq edən dəstə saxlanılıb
20.10.2017, 17:20

Mağazalardan silsilə oğurluq edən dəstə saxlanılıb

ARXİV
SORĞU
Hansı kommunal xidmətin işindən razısınız?
“Azəriqaz”(5.33%)
“Azərişıq”(26.6%)
“Azərsu”(10.6%)
“Azəristiliktəchizat”(2.91%)
Heç biri(54.3%)