Modern.az

Tanınmış iş adamı Rövşən Lənkəranskini öz villasında gizlətməsi xəbərinə AYDINLIQ GƏTİRDİ

Tanınmış iş adamı Rövşən Lənkəranskini öz villasında gizlətməsi xəbərinə AYDINLIQ GƏTİRDİ

Aktual

8 Noyabr 2016, 12:16

““Dünya Azərbaycanlıları İttifaqı” nın (DAİ) prezidenti və “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu” (ÜAMF) Əlaqələndirmə Şurasının sədri Fizuli Məmmədovla əlaqədar bəzi azərbaycanlı jurnalistlərinin növbəti təxribatı bizi məcbur etdi ki, onun haqqında böhtan xarakterli məqalənin dərcinə öz qəzəbimizi ifadə etmək üçün DAİ-nin Baş Şurasının təcili iclasını çağıraq”.

Bu sözlər Beynəlxalq ictimai birliklər ittifaqı - "Dünya Azərbaycanlıları İttifaqı”nın Baş Şurasından Modern.az-a verilən açıqlamada deyilib.


Bildirilib ki, bir müddət əvvəl Azərbaycan saytlarının birində belə bir yazı dərc olunub ki, güya “Rövşən Lənkəranski” kimi tanınan kriminal avtoritet Rövşən Rafiq oğlu Canıyev 2014-ci ildə italyan polisindən gizlənmək üçün bir müddət Fizuli Məmmədovun Milanda və Berqamodakı villalarında qalıb.


“Biz əvvəlcə bu böhtan yazısına ciddi reaksiya bildirmədik və bu internet resursunu reklam etməmək üçün öz hiddətimizi aşkar şəkildə biruzə vermədik. Biz gözəl anlayırıq ki, bir çox tanınmayan saytlar məhz qalmaqallı yazılar dərc etməklə səhifəyə baxışların sayını artırmağa çalışırlar. Amma, nə zaman ki, bu böhtan xarakterli yazını Rusiya sosial şəbəkələrindən birinin səhifəsində yerləşdirdilər, onda biz məsələ ilə əlaqədar mövqeyimizi bildirmək və buna nöqtə qoymaq üçün Beynəlxalq ictimai birliklər ittifaqı – “Dünya Azərbaycanlıları İttifaqı” nın iclasını çağırmağı qərara aldıq”,-deyə açıqlama vurğulanıb.

 

Qeyd olunub ki, DAİ nin Baş Şurasının bütün üzvləri buraxılmış bu informasiya “quş”unu tamah məqsədli bayağı təxribat adlandırıblar.

“Axı belə hallar çox olub ki, bənzər komromat materialar onların qurbanlarından pul qopartmaq məqsədilə dərc olunur. Lakin “bu təxribatınn arxasında kim və hansı güclər dayanır?’’ sualına cavab vermək bizim üçün zəruri idi. Bu təxribatda Azərbaycan diaspor təşkilatlarının və fəallarının iştirakı avtomatik olaraq istisna olunur, çünki, DAİ həm Rusiyada, həm də digər dünya ölkələrində olan bütün Azərbaycan diaspor təşkilatları ilə xoş dostluq münasibətləri saxlayır. Biz heç zaman diaspor təşkilatlarımız arasında rəqabət atmosferi yaratmamışıq və heç kimin yolunu kəsməmişik. DAİ nin prezidenti Fizuli Məmmədov isə yorulmadan Azərbaycan diasporunu birliyə səsləyir və diaspor təşkilatları arasında rəqabət prinsipindən əl çəkməyi və Azərbaycan xalqının maraqlarına cavab verən ümumi məqsədlərə nail olmaq üçün həmrəylik və sıx əməkdaşlıq prinsipinə keçməyi təklif edir.

Bundan başqa, imkan olduqca bizim diaspor təşkilatlarımız - Beynəlxalq ictimai birliklər ittifaqı - "Dünya Azərbaycanlıları İttifaqı” və ”Ümumdünya Azərbaycan Mədəniyyət Fondu" Beynəlxalq İctimai Fondu maliyyə və hüquqi yardım üçün bizə müraciət edən həmvətənlərimizə və diaspor təşkilatlarımıza hər zaman yardım göstərir.

Apardığımız diqqətli təhlil göstərdi ki, Fizuli Məmmədova qarşı hazırki təxribatın arxasında yalnız tamah məqsədi güdən bir qrup jurnaslist dayana bilər. DAİ-nin Baş Şurasının iclasında çıxış edən politoloq və jurnalist, eyni zamanda ictimai əsaslarla DAİ prezidentinin KİV ilə iş üzrə müavini Mehman Qafarlı qeyd etdi ki, onu təəccübləndirən odur ki, hər dəfə buna bənzər təxribatlar Fizuli müəllimin doğma Azərbaycanla bağlı vacib məsələlərə dair hər hansı fəallığından, fikir və münasibətini bildirməsindən sonra baş verir.

 

“Fizuli Məmmədovun jurnalistlərlə tez-tez ünsiyyətdən imtina etməsi onunla əlaqədardır ki, o Azərbaycan KİV-lərində olduqca çox görünəndə dərhal sual yaranır: “Fizuli Məmmədovun Azərbaycan media məkanındakı bu fəallığı nə ilə bağlıdır?”, bəzi pis niyyətli insanlar isə Fizuli Məmmədovun “siyasi ambisiyaları” haqqında uydurmalar ortaya çıxarmağa başlayırlar. Bunun baş verməməsi üçün Fizuli müəllim son vaxtlarda KİV-lə ünsiyyətində fasiləyə üstünlük verir. Bundan başqa, Fizuli müəllimin fiziki olaraq da müsahibəyə vaxtı qalmır’’ - deyə Mehman Qafarlı bildirib.

Bununla bərabər, hətta yazılı cavablara baxmayaraq bəzi jurnalistlər Fizuli Məmmədovla müsahibəni dəyişdirərək dərc edirlər, bəzi hallarda hətta Fizuli müəllimin ifadələrinin mənasını təhrif edirlər, müsahibəni sensasiyaya çevirmək üçün onun mətndəki bəzi sözlərini qabardırlar. Lakin, daha da pisi odur ki, Fizuli müəllim vaxtı olmadığına görə müsahibə vermədikdə bəzi jurnaslistlər inciyirlər, bəzən isə buna görə intiqam almağa çalışırlar.

 

DAİ-nin Baş Şurasının iclası zamanı biz telefonla təşkilatımızın prezidenti Fizuli Məmmədovla əlaqə saxladıq. 2014-cü ildə güya Rövşən Lənkəranskinin italyan polisindən onun İtaliyadakı villalarında gizlənməsi haqqında gedən yazı Fizuli müəllimdə təəccüb yaratdı: “Mənim Rövşən Canıyevlə heç zaman şəxsən tanışlığım olmayıb. Sizin bəhs etdiyiniz o məqalədə yazılan hər şey tamamilə cəfəngiyyatdır. Orda qeyd edilən bütün “faktlar” jurnalistlərin fantaziyasıdır. Belə bir şey olmayıb və ola da bilməz. Mən həyatda heç zaman bu insanla görüşməmişəm. Mən istənilən azərbaycanlıya kömək etməyə hazıram, əgər mənim bu köməyim hər hansı ölkənin qanunlarını pozmursa və beynəlxalq hüquq çərçivəsindən kənara çıxmırsa. Mən öz xalqımı sevirəm. Azərbaycanlı, talış, ləzgi və ya hər hansı digər milliyətdən olmasından asılı olmayaraq, bütün həmvətənlərimə hər zaman kömək etmişəm və kömək edirəm. Onların hamısı mənə əzizdir və doğmadır. Bütün həmvətənlərimiz mənim üçün vahid Azərbaycan xalqıdır. Əgər Rövşən Canıyev də İtaliyada kömək üçün mənə müraciət etsəydi, mən ona da İtaliya qanunlarını pozmadan bütün zəruri köməkliyi göstərərdim. Mən Rusiyada da, İtalyada da qanunlara tabe olan və vergi ödəyən vətəndaş olmuşam və indi də beləyəm. Harda yerləşməklərindən asılı olmayaraq yaşadıqları ölkələrin qanunlarını pozmadan mən həmişə azərbaycanlılara kömək edirəm. Şəxsi həyatımda olduğu kimi, biznesimdə də qanunun ruhuna və hərfinə əməl edirəm. Lakin, hətta buna baxmayaraq, 15 il öncə mənim həyatımda bir iyrənc təxribat olub və buna görə 2 il əziyyət çəkmişəm və sağlamlığımı korlamışam.Buna görə də hər şeyə ehtiyatla yanaşıram’’.

 

Bizə yalnız onu əlavə etmək qalır ki, Fizuli Məmmədov hər zaman Aazərbaycan xalqının dayağı olub. O bütün şüurlu ömrünü Azərbaycan xalqının birliyinə həsr edib. Fizuli müəllim 30 il ərzində nə özünə, nə də puluna heyfslənmədən bütün dünyada Azərbaycan diasporunun birləşməsinə nail olmağa çalışır. Bu səbəbdən belə bir insanı ləkələməyə və onun İtaliyada, Rusiyada və digər ölkələrdəki biznesləri üçün problemlər yaratmağa istənilən cəhd əsl hörmətsizlikdir və bütöv azərbaycan xalqına qarşı cinayətdir”,-deyə DAİ bəyan edib.

 

Modern.az

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır