Modern.az

Xəzər Dəniz Gəmiçiliyinin mətbuat katibi vəzifəsindən azad edildi

Xəzər Dəniz Gəmiçiliyinin mətbuat katibi vəzifəsindən azad edildi

Media

8 Noyabr 2016, 12:32

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi mətbuat xidmətinin rəhbəri Vüqar Sadıqov tutduğu vəzifədən azad edilib. 

Məlumatı Modern.az saytına açıqlamasında Vüqar Sadıqovun özü də təsdiqləyib.

“Bu ilin sentyabr ayının axırından Azərbaycan Dövlət Dəniz Akademiyasında işə başlamışam. Akademiyanın rektoru Çingiz Əliyevin müşaviri vəzifəsində çalışıram. Əslində, 2004-cü ildən pedaqoji fəaliyyətlə məşğulam. Fəlsəfə doktoruyam. Belə deyək də, bu iş çox məsuliyyətli və şərəfli işdir. Yeni oşimdən məmnunam”.

Xəzər Dəniz Gəmiçiliyi mətbuat xidmətinin rəhbəri vəzifəsinə “Lider” TV-nin jurnalisti Mehman Mehdiyevin gətirildiyi barədə xəbər yayılıb. Xəzər Dəniz Gəmiçiliyindən də bildirdilər ki, M.Mehdiyev mətbuat xidmətində işə başlasa da, qurumun rəhbəri postuna hələ ki təsdiqlənməyib.

Mehman Mehdiyevin özü ilə də əlaqə saxladıq. Maraqlıdır ki, Xəzər Dəniz Gəmiçiliyindən deyilənlərin əksinə olaraq, jurnalist məlumatı təsdiqləmədi...


Namidə BİNGÖL

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir