Modern.az

İclaslara gəlməyən erməni deputatlar cərimələndilər

İclaslara gəlməyən erməni deputatlar cərimələndilər

8 Noyabr 2016, 12:51

Ermənistan parlamentinin iclaslarında səsvermədə iştirak etməyən bir neçə deputatın əmək haqqından 14 milyon dram tutulub.

Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunlardan biri siyasi arenadan xeyli müddətdir yoxa çıxan “Çiçəklənən Ermənistan” partiyasının depuitatı Abram Manukyandır. Onun 120 min dram cərimələndiyi bildirilir.


Ermənistan polisinin rəisi Vladimir Qaslaryanın kürəkəni, deputat Artur Qevorkyanın da iclaslara gəlməməsi qanunverici orqana hörmətsizlik kimi dəyərləndirilib. Bir neçə aydır ABŞ-da yaşayan deputatın əmək haqqından 1,2 milyon dram kəsilib.

Parlamentin aparat rəhbəri Qrayr Tovmasyanın sözlərinə görə, islaslarda iştirak etməyən deputatlar ümumilikdə 14 milyon dram cərimələniblər. Bu məbləğ əmək haqqın fondunda qalacaq. Onun dediyinə görə, bəzi deputatlar isə növbədənkənar iclaslara görə əlavə pul ödənilməsini tələb edir.

 

Modern.az

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır