Modern.az

Bakıda vətəndaşlara satılan dekoderlər xarab çıxdı

Bakıda vətəndaşlara satılan dekoderlər xarab çıxdı

İqtisadiyyat

8 Noyabr 2016, 15:14

Bakı və Abşeron yarımadasında analoq televiziya yayımının dayandırılmasından sonra “Azərpoçt”un filiallarında dekoderlərin satışı təşkil edilib.

Paytaxtın poçt məntəqlərindən Modern.az-a daxil olan məlumata görə, təklif edilən dekoderlərin əksəriyyəti qaytarılıb. Belə ki, satış qiyməti 22 manata olan dekoderlərin böyük əksəriyyətinin texniki nasazlığının olduğu aydınlaşıb.

 “Azərpoçt”un Marketinq şöbəsinin müdiri Yaşar Əhmədov Modern.az-a faktı təsdiq edib. Amma bildirib ki, texniki nasazlığı olan cəmi 23 dekoder geri qaytarılıb:

“Bildiyiniz kimi Bakı üzrə 300-dən çox poçt şöbəsində minlərlə vətəndaşa dekoderlərin satışı təşkil olunub. Ayrı-ayrı poçt şöbələrində texniki qüsurları olan dekoderlərin olmasına rast gəlinib”.

 

O deyib ki, vətəndaşın arzusuna uyğun olaraq, texniki qüsuru olan dekoderlər ya dəyişdirilib, ya da qaytarılıb.

Qeyd edək ki, Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 1 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 1 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilib.

Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”-ların) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digər müvafiq qurumlara, eyni zamada Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”-ların) satışının təşkilinin təmin edilməsi tövsiyə edilib.

 
Gülşən RAUFQIZI

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir