Modern.az

"Hərəyə bir bayraq" - FOTOLAR

"Hərəyə bir bayraq" - FOTOLAR

Aktual

8 Noyabr 2016, 15:15

Noyabrın 8-də Azərbaycan Kooperasiya Universitetində universitet rəhbərliyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 9 noyabr - Dövlət Bayragı Günü münasibətilə "Hərəyə bir bayraq" adlı aksiya keçirilib. 


Modern.az xəbər verir ki, "Hərəyə bir bayraq" adlı aksiya çərçivəsində Tələbə Gənclər Təşkilatının fəalları dərsə gələn tələbələrə və müəllimlərə müstəqil Azərbaycanın üçrəngli bayrağını təqdim edərək Bayraq Günü münasibətilə təbrik etdilər. Bu aksiyanı keçirməkdə məqsəd gənclər arasında Dövlət Bayrağımıza olan hörmət və məhəbbət hisslərini daha da qabartmaq, onların vətənpərvərlik duyğularının daha da möhkəmlənməsinə rəvac yaratmaqdır. 


Qeyd edək ki, aksiya universitetin tələbələri və müəllimləri tərəfindən böyük maraqla qarşılanıb

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar