Modern.az

Novator və liderlərin yetişdiyi ocaq...

Novator və liderlərin yetişdiyi ocaq...

8 Noyabr 2016, 15:44

“Qərb Universitetinin o vaxtki rektoruna,  müəllimlərinə,  universitetdə yüksək təhsil sistemini tərtib edənlərə borcluyam”

 

Qərb Universiteti ölkənin ilk qeyri-dövlət ali təhsil ocaqlarından biridir.  Azərbaycanın müstəqilliyi ilə həmyaşıddır. Universitet çətin siyasi-iqtisadi dövrdə gənc müstəqil ölkənin təhsil sisteminə yenilik gətirmək arzusu ilə, imperiyanın buxovlarından yenicə azad olmuş və hərbi təcavüzə uğramış vətəni düşdüyü informasiya blokadasından çıxarmaq üçün yenilikçi kadrların hazırlanması iddiası ilə 25 il əvvəl yola çıxıb... Bu keşməkeşli keçid yolu həm ölkəmizə, həm də Universitetə uğur gətirib. Vətənin mənafeyinə xidmət edən yüzlərlə layiqli kadrlar, mütəxəssislər yetişdirilib.

Qərb Universiteti 25 il əvvəl ortaya qoyduğu arzusunu, iddiasını qazanıb. Mükəmməl və sağlam təhsil verən minlərlə məzunun ocağına çevrilib... Heydər Əliyev Mərkəzi və Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun , ADA Universitetinin Xarici Siyasət proqramının direktoru, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şuarsının üzvü Fariz İsmayılzadənin, Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanovanın, BP–nin London mərkəzi ofisinin Hyustondakı baş məsləhətçisi Saida İbrahimovanın və digər yüzlərlə uğur sahibinin adı Qərb Universiteti ilə sıx bağlıdır...

 

Tanınmış aparıcı-jurnalist Nəsimi Nəbizadə artıq öz adı ilə “Qərb”in uğurlar boxçasında daha da parlayıb. Ölkə Prezidentinin sərəncamı ilə Qərb Universitetinin ilk məzunlarından olan N.Nəbizadəyə “əməkdar jurnalist “ adı verilib.


Modern.az-ın məlumatına görə, əməkdar jurnalist  N. Nəbizadə də onun üçün doğma olan Qərb universiteti haqqında  fikirlərini söyləyib:

 

“Qərb universiteti Azərbaycanda ilk özəl universitetlərdən biridir.

O, vaxtlar belə reklam da yox idi. Amma insanlar bilirdilər ki, prestijli Qərb Universiteti var. Həm də universitetin ilk yarandığı vaxtlardan indiyə kimi beynəlxalq əlaqələri olub. Universitetdə 3 dildə bilik öyrədilirdi. Bunlar hazırda da mövcuddur. Qərb Universitetindəciddi qayda-qanun var. Tələbələrə çox böyük qayğı göstərilir. Ona görə də mən Qərbi seçdim.

Normal təhsil almaq istəyən tələbələr bilirlər ki, Qərb universitetində sağlam mühit mövcuddur!

O, vaxtda bu belə idi. Bilirəm ki, Qərb Universiteti hazırda da öz prestijini qoruyub saxlayıb. Qərb Universiteti mənə yaxşı təhsillə yanaşı, yaxşı dostlar da qazandırdı. Mən Qərb Universitetinə 1991-ci ildə qəbul olunmuşam. Mən ona görə Qərb Universitetin seçdim ki, orada tələbələr arasında sağlam mühit formalaşıb.  Bu gün də istər jurnalistikada, istərsə də ölkənin ictimai-siyasi həyatında, xaricdə , diaspor işləri ilə məşğul olan vaxtilə universitetimizi bitirmiş tələbə  dostlarımız var. Buna misal olaraq Sevinc Vaqifqızını göstərmək olar. Biz onunla AzTV-də birlikdə işləmişik.

Qərb Universitetində tələbəlik illərinin yeri tam başqaydı..

Dərslərdən əlavə xarici ölkə universitetləri, fakültələri ilə əlaqələr yaradılırdı. Avropa universitetlərindən qonaqlar olurdu. Qarşılıqlı şəkildə bunlardan faydalanırdıq. Müxtəlif debatlar keçirilirdi. Ölkənin icimai-siyasi, iqtisadi fəaliyyəti haqqında dərin fikirlər səsləndirilirdi. Bir sözlə desək, təhsil çox yüksək səviyyədə təşkil edilirdi.  Bu da özünü göstərdi. Hamı həyatda öz yerini tuta bildi. Bu kimi uğurların əldə edilməsində həm Qərb Universitetinin həm də tələbələrinin rolu böyükdür.

Bu gün qazandığım uğurlara görə Qərb Universitetinə borcluyam!

Sevimli universitetimə, o vaxt ki rektoruma, müəllimlərimə və tələbə yoldaşlarıma da aldığım bu fəxri addan pay düşür. Bütün uğurlarıma görə onlara təşəkkür edirəm”.



Mirmahmud Kazımoğlu

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir