Modern.az

Jurnalist Zabil Müqabiloğlu ölüm ayağındadır, yaxınları kömək umur

Jurnalist Zabil Müqabiloğlu ölüm ayağındadır, yaxınları kömək umur

Media

1 Noyabr 2016, 23:06

1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilən tanınmış jurnalist Zabil Müqabiloğlunun vəziyyəti çox ağırdır.

Modern.az xəbər verir ki, yaxınlarının bildirdiyinə görə, dünən səhər saatlarında 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Zabil Müqabiloğlu artıq palataya köçürülüb. Jurnalistin palataya köçürülməsini həkimlər onun yaşamaq şansının çox az olmağı ilə əsaslandırıblar.

Qeyd edək ki, Zabil Müqabiloğlunun qaraciyərində bərkimə yarandığı üçün qan dövranında problem yaranıb və xəstənin qida borusunda vena partlayıb.

Jurnalistin dostları sosial şəbəkələrdə yaydıqları müraciətdə bəyan ediblər Zabilin Gömrük və ya Neftçilər Xəstəxanasında ömrünü uzatmaq mümkündür, sadəcə bunun üçün ciddi maliyyə vəsaiti tələb olunur. Buna görə də, sosial şəbəkələr və media vasitəsilə imkanlı şəxslərə kömək üçün müraciət edilib.

Xatırladaq ki, Zabil Müqabiloğlu uzun illər “Yeni Müsavat” qəzetində redaktor vəzifəsində çalışıb. Son illər isə təsisçisi olduğu “Gunxeber.com” saytına rəhbərlik edib.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!