Modern.az

Donald Tramp Amerikanın yeni prezidentidir - YENİLƏNİB

Donald Tramp Amerikanın yeni prezidentidir - YENİLƏNİB

9 Noyabr 2016, 10:15

ABŞ-da keçirilən prezident seçkilərində ölkə vətəndaşları 45-ci dövlət başçısını seçilər. Modern.az saytı xəbər verir ki, 26 namizədin iştirak etdiyi budəfəki prezident seçkilərində əsas mübarizə respublikaçı Donald Tramp və demokrat Hillari Klinton arasında gedir.

Artıq ilkin nəticələr var. 42 ştatda nəticələr bəlli olub. Bəzi mühüm ştatların səsvermə nəticələri Trampın xeyrinədir. İlkin nəticələrə görə, Donald Tramp hələ ki öndə gedir. O, strateji hesab edilən Ohayo və Florida Ştatlarında da qalib gəlib. Bununla da onun hesabındakı elektorların sayı 198-ə çatıb. Hillari Klinton isə başqa bir mühüm ştat hesab edilən Virciniyada qələbə qazanıb. Hazırda Donald Tramp 198:135 nisbətində öndə gedir.

Səsvermədə mühüm hesab edilən Miçiqan və Şimali Karolina ştatlarının nəticələri də qarşıdakı dəqiqələrdə açıqlanmalıdır.

Donald Trampın qalib olduğu ştatlar: Florida, Viskonsin, Ayova, Corciya, Ohayo, Kentukki, Utah, İndiana, Şimali Virciniya, Cənubi Karolina, Montana, Tennessi, Alabama, Mississippi, Vayominq, Texas, Cənubi Dakota, Şimali Dakota, Nebraska, Kanzas, Oklahoma, Arkanzas.

Hillari Klintonun qalib olduğu ştatlar:  Kaliforniya, Vaşinqton, Havay, Oreqon, Virciniya, Rod Aylend, İllinoy, Nyu York, Vermont, Merilend, Massaçusetts, Nyu Cersi, Delaver, Konnektikut.


***



Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, son məlumata görə, Donald Tramp Seçicilər Kollegiyasının 254 səsini, Hillari Klinton isə 215 səsini toplaya bilib.

Qələbə üçün namizəd ən azı 270 səs toplamalıdır.


Beləliklə də, Tramp aradakı fərqi açaraq ABŞ-da seçkiləri qazanmağa daha yaxındır...


***


ABŞ-da prezident seçkilərinin nəticələri artıq məlumdur. Modern.az xəbər verir ki, Respublikaçılar Partiyasının namizədi Donald Tramp ABŞ-ın yeni prezidenti seçilib. O, Seçicilər Kollegiyasının 277 səsini, demokratların namizədi Hillari Klinton isə 215-ni toplayıb. 

Qələbə üçün namizəd ən azı 270 səs toplamalı idi.




Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir