Modern.az

Ermənilər atəşkəsi 25 dəfə pozdular

Ermənilər atəşkəsi 25 dəfə pozdular

9 Noyabr 2016, 09:48

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 25 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Ermənistan Respublikası İcevan və Noyemberyan rayonları ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Ayqedzor, Çinari kəndlərində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonunun Bala Cəfərli və Kəmərli, Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər, habelə işğal altında olan Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir