Modern.az

Kəbə ətrafında niyə saat əqrəbinin əksinə dövrə vurulur?  

Kəbə ətrafında niyə saat əqrəbinin əksinə dövrə vurulur?   

Mədəni̇yyət

9 Noyabr 2016, 10:01

Kəbə ətrafında dolanmaq (təvaf) müsəlmanların həcc ziyarəti zamanı həyata keçirdiyi dini ayinlərdən biridir. Sözü gedən ayin saat əqrəbinin əksi istiqamətində həyata keçirilir.

Bəs niyə bu ayin saat əqrəbinin əksi istiqamətində həyata keçirilir?

Modern.az-a məsələ ilə bağlı Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli açıqlama verib.

Hacı Şahin Həsənli bildirib ki, bu təvaf əsasən Kəbə evində olur. Digər ziyarətgahlarda o qədər də vacib təvaf yoxdur.

Axund deyib ki, mən bu məsələni bir zaman araşdırıb.

“Araşdırmalarımı kitablar üzərində etmişəm. Ziyarətin fəlsəfəsi ilə bağlı kitablar var. Orda hər bir Həcc ayinin fəlsəfəsi izah olunur. Bir neçə kitabda qeyd olunur ki, hansı səbəbdən o istiqamətdə hərəkət etdiklərinin hikməti bizə tam bəlli deyil”.

Hacı Şahinin sözlərinə görə, təvaf adəti ümumiyyətlə islamdan öncə də olub.

“Qurani-Kərim”  də o qaydaları əsasən təsdiq edir.

Axund həmçinin bildirib ki, təvafın  niyə saat əqrəbinin əksi istiqamətində həyata keçirildiyi barədə dəqiq məlumat yoxdur.

“Amma belə bir fikir səsləndirənlər var ki, təvaf göy cisimlərinin hərəkət istiqamətinə uyğun şəkildə edilir. Yəni Yer kürəsi də o istiqamətdə dövr edir. Bu həm də insanın bütün varlıq aləmi ilə həmahəngliyini ifadə edir”.

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər