Modern.az

İlk milli bayrağı hazırlayanlar

İlk milli bayrağı hazırlayanlar

9 Noyabr 2016, 11:41

Nəsiman Yaqublu


Azərbaycanın üçrəngli bayrağı Sovetlər Birliyi dövründə gizli olaraq insanlarımız tərəfindən yaşadılıb, qorunub və saxlanılıb.1920-1930 –cu illərdə,1950-ci illərdə (Qız Qalasında C.Hilaloğlu, Ç.Abdullayevin fədakarlıqlar edib bayrağımızı dağlandırması), sonradan 1980-ci illərdə bu bayrağı sevib yaşadanlar oldu.

Aşağıda təqdim etdiyim  bu şəxslər də  1988-ci ildə başlayan Xalq Hərəkatımız dövründə ilk dəfə olaraq  bayrağımızı tikib, hazırlayıb və meydana gətirilməsini təmin ediblər. Gəlin onlarla tanış olaq:


Şahverdiyeva Sura Səfər qızı.


1939-cu ilin oktyabrın 1-də Bakı şəhərində anadan olub. 2012-ci  ilin fevralın 16-da rəhmətə  gedib. Bakıda Neft-Kimya Proseslər İnstitutunun zavodunda “operator” vəzifəsində  işləyib. İlk milli bayrağımızın rəngli çap formasını oğlu Bəxtiyar Tuncay evə gətirib onlara verib və mitinqə aparmaq üçün hazırlamağı tapşırıb. Sura  xanım  həmin bayrağı üç rəngli parçadan (göy, qırmızı, yaşıl) hazırlamış, ağ ayparanı isə qızı Arzu parçanın üzərinə toxumuşdur.


Şahverdiyeva Arzu  Adil qızı - Sura xanının qızı.
 1970-ci ilin fevralın 2-də Bakıda anadan olub. 1992-ci ildən 2015-ci ilə qədər DİN QBİ-də Dayaq Rabitə Qovşağında “Rabitə Anbar” rəisi vəzifəsində işləyib. Hazırda təqaüdçüdür.

Bəxtiyar Tuncay söhbətində bildirir ki, üçrəngli bayrağımızın şəklini ilk dəfə Ankarada nəşr edilən Azərbaycan Kültür Dərnəyinin orqanı olan “Azərbaycan” jurnalında gördüb  və onun əsasında evdə anası ilə bacısı bayrağı tikib hazırlayıblar.


Yaşar Türkazər
– 1957 –ci ildə aprel ayının 17-də Bakıda anadan olub. Əslən Güney Azərbaycandandır. Meydan hərəkatında üçrəngli bayrağımızı başı üzərində gəzdirən bu insan müxtəlif təqiblərə məruz qalıb. Həbs edilib, döyülüb və nəhayət polislərin vurduğu zərbə ilə bir gözünün işığını itirib. Lakin onu bu müqəddəs işdən heç bir qorxu hissi ayırmayıb. Yaşar Türkazər 61 yaşındadır və o bayrağı yenə eyni sevgi hissi ilə qoruyub saxlamaqdadır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir