Modern.az

Qəddafi: "Mən niyə vətənimi tərk etməliyəm..?"

Qəddafi: "Mən niyə vətənimi tərk etməliyəm..?"

1 Mart 2011, 13:25

Liviyanın 42 illik lideri Müəmmər Qəddafi ilk dəfə qərb mediasına müsahibə verib. Modern.az-ın məlumatına görə, üç peşəkar jurnalistin qarşısına çıxmaqla o, ölkədən getmək niyyətinin olmadığını bir daha vurğulayıb. Qəddafi “xalqım məni çox sevir, mənim üçün canlarını verər”deyib. Liviya lideri ölkədə baş verən iğtişaşların səbəbkarı kimi yenə “Əl-qaidə” terror təşkilatına işarə edib.

Qəddafi ABC televiziyasından Kristina Amanpor, BBC-nin  əməkdaşı Jeremu Boven ve “Sunday Times” qəzetinin əməkdaşı ilə otelin foyesində görüşüb.

ABC-nın əməkdaşının “acıq şəkildə gedəcəksiniz” sualına  Qəddafi “heç kim vətənini tərk etməz” cavabını. Onun sözlərinə görə, Liviya küçələrində nə üsyan var, nə də iğtişaş. Bundan əlavə Qəddafi bildirib ki, Liviya xalqı onu çox sevir və liviyalılar onun üçün özlərini qurban etməyə hazırdırlar.

Jurnalist başqa sual verib: “Liviyalılar sizi çox sevirsə, niyə ölkədə üsyanlar var?”  
Liviya lideri deyib ki, bütün bunlar “Əl-qaidə”nin işidir. Qəddafi iddia edib ki, ölkədə ona qarşı üsyanı təşkil edən insanlar “Əl-qaidə”nin verdiyi narkotiklərdən istifadə edirlər.

Liviya lideri müsahibəsində bildirib ki, o üsyancılara atəş açmamaq əmri verib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir