Modern.az

Üçrəngli bayraq r birimiz üçün qürur, şərəf və birlik rəmzidir

Üçrəngli bayraq hər birimiz üçün qürur, şərəf və birlik rəmzidir

Aktual

9 Noyabr 2016, 12:23

Hər ilin 9 noyabrında qeyd edilən Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü azərbaycan xalqının təntənəli bayramlarından biridir. Müstəqil Azərbaycanın əsas dövlət rəmzlərindən biri kimi dövlət bayrağı azərbaycan xalqının qürurunu, şərəfini və birliyini tərənnüm edir.Öz vətəndaşlığından və yaşadığı ölkədən asılı olmayaraq bu gün bütün azərbaycanlılar məhz müstəqil Azərbaycanın üçrəngli dövlət bayrağının altında birləşirlər. Bu bayraq bütün dünyadakı həmvətənlərimizi bir maqnit kimi bir-birinə cəzb edir. Buna görə də 9 noyabr bütün dünyadakı azərbaycan diasporu üçün ikiqat bayramdır.

 

Bu əlamətdar bayram münasibətilə bütün dünya azərbaycanlılarını ürəkdən təbrik edirəm. Şəxsən öz adımdan və Beynəlxalq ictimai birliklər ittifaqı ‘’Dünya Azərbaycanlıları İttifaqı” və ”Ümumdünya Azərbaycan Mədəniyyət Fondu” Beynəlxalq İctimai Fonduadından bütün həmvətənlərimizə möhkəm can sağlığı, bol-bol mərhəmət və sevgi, əmin-amanlıq və uzun illər boyunca dinc və firavan həyat, bütün xeyirxah işlərində və addımlarında uğurlar arzu edirəm!

 

Doğma Azərbaycana iqtisadi tərəqqi, sabitlik, ərazi bütövlüyünün bərpasını və dövlətçiliyinin möhkəmləndirilməsini diləyirəm! Qoy müstəqil Azərbaycan Dövləti möhkəmlənsin, əbədi yaşasın, Azərbaycanın dövlət bayrağı isə dünyanın ən hörmətli və nüfuzlu bayraqlarından birinə çevrilsin! Qoy vətənimizin düşmənləri həmişə müstəqil və güclü Azərbaycan bayrağının qarşısında və altında baş əysinlər!

 

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü bizim hər birimiz üçün böyük bayramdır. Dünyanın hansı ölkəsində olsam da Azərbaycanın dövlət bayrağı həmişə mənimlədir, mənim qəlbim və düşüncələrim hər zaman doğma Azərbaycanın yanındadır! Mən xoşbəxtəm ki, müasir Azərbaycan yalnız öz müstəqilliyini qorumadı və möhkəmləndirmədi, həm də regionun liderinə çevrildi. Dünya arenasında müstəqil Azərbaycanın nüfuzu hər ötən il artır, vətənimizin paytaxtı Bakı şəhəri isə bir çox nüfuzlu və əhəmiyyətli beynəlxalq forumların keçirildiyi məkan kimi ad qazanır. Mən müasir müstəqil Azərbaycanla fəxr edir, onun nailiyyətləri ilə qürur duyuram!

 

Belə böyük bir bayram üçün tarix təsadüfən seçilməyib. Müasir Azərbaycan Respublikasının dövlət bayrağı olan üçrəngli bayraq, məhz 9 noyabr 1918 ci ildə 28 aprel 1920 ci ilə qədər 23 ay ərzində mövcud olmuş Azərbaycan Demokratik Respublikasının (ADR) bayrağı kimi təsdiq olunmuşdu. Buna görə də Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2009 ci il tarixli sərəncamı ilə 9 noyabr hər il Azərbaycan Demokratik Respublikasının xatirəsinə ölkəmizdə ‘’Dövlət bayrağı günü’’ kimi qeyd edilir.

 

Azərbaycan Konstitusiyasının 23 cü maddəsində deyilir: ‘’Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfiqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir’’.

 

Bayrağın göy rəngi türkçülüyü tərənnüm edir, belə ki, ölkəmizin köklü və əsas əhalisi olan azərbaycanlılar türkdilli xalqlara mənsubdur, qırmızı rəng cəmiyyətin müasirləşməsinə və demokratiyanın inkişafına işarə edir, yaşıl rəng isə azərbaycan xalqının islam dininə etiqad etdiyini göstərir.

 

Azərbaycan Milli Şurasının ilk sədri Məmməd Əmin Rəsulzadə ADR parlamentinin iclasındakı nitqi zamanı qeyd etmişdi ki, üçrəngli bayraq türk azadlığını, islam mədəniyyətini və müasirliyi bildirir. Azərbaycan Respublikasının himninin bəstəkarı Üzeyir Hacıbəyov də yazmışdı ki, ‘’bayrağımızın mənasında göy rəng türkçülüyü, yaşıl rəng islamı, qırmızı rəng isə tərəqqi və mədəniyyəti tərənnüm edir’'.

 

Bayraqdakı aypara islamın simvoludur, səkkiz guşəli ulduz isə Fətəli Xan Xoyskiyə görə ‘’Azərbaycan’’ adındakı səkkiz hərfi (ərəb əlifbası ilə) göstərir. Həmçinin hesab edilir ki, səkkiz guşəli ulduz türkdilli xalqların 8 qolunun,  azərbaycanlı (oğuz), osmanlı (türk), çağatay, tatar, qıpçaq, səlcuq və türkmənlərin rəmzidir. Bir sıra tədqiqatçılar qeyd edirlər ki, qıpçaqlar dedikdə o zaman qazaxlar və qırğızlar nəzərdə tutulurdu. Tədqiqatçılara görə ulduzun 8 şüası Azərbaycanın ərəbcə obrazlı adının (Azərbaycan - ‘’Odlar ölkəsi’’ ﻳوﺮﺪﻮاﻮﺪ) yazılışını göstərir.

 

Lakin, hazırkı üçrəngli bayrağımız dərhal ADR in bayrağı olmayıb.28 may 1918 ci ildə ADR in müstəqilliyi elan ediləndə, Respublikanın ilk tədbirlərindən biri dövlətçilik rəmzlərinin qəbul edilməsi olmuşdu. Bayrağın ilkin forması qismində nümunə kimi Osmanlı İmperiyasının bayrağı götürülmüşdü və 21 iyun 1918 ci ildə həmin bayraq ADR in dövlət bayrağı kimi qəbul edilmişdi,qırmızı rəngli, üstündə ağ rəngli aypara və Türkiyə bayrağının üstündəki beş guşəli ulduzdan fərqli olaraq səkkizguşəli ulduz təsvirinəmalik idi.

 

Lakin daha sonra ADR in dövlət bayrağının dəyişdirilməsi məsələsi ortaya çıxdı və yeni layihə özündə3 ideyanı - türkçülüyü, islamı və tərəqqiyə cəhdi əks etdirməli idi. Nəticədə 9 noyabr 1918 ci ildə ADR hökumətinin sədri Fətəli Xan Xoyskinin məruzəsi əsasında yeni dövlət bayrağının layihəsi təsdiq olundu. Bu dəfə bayraq özündə üfiqi göy, qırmızı və yaşıl zolaqları, qırmızı zolağın mərkəzində isə ağ rəngli aypara və səkkiz guşəli ulduzu əks etdirirdi. 7 dekabr 1918 ci ildə yeni dövlət bayrağı müstəqil Azərbaycanın parlamentinin binası üzərində qaldırıldı. Amerikan veksilloloqu (veksillologiya - bayraqları öyrənməklə məşğul olan xüsusi elm) Uitni Smit qeyd edir ki, yeni bayrağın müəllifi Əli bəy Hüseynzadə olub.

 

Təəssüf ki, 28 aprel 1920 ci ildə ADR in mövcudluğuna son qoyuldu və Azərbaycan inqilab komitəsi Bakıda Azərbaycan Sovet Sosialist Respublikasının yarandığını elan etdi. Sovet hakimiyyəti illərində Azərbaycan SSR nin bayrağında bir neçə dəfə dəyişiklikdən sonra qırmızı və göy zolaqlar saxlanılsa da onlara başqa mənalar verildi. Birmənalı olaraq islam rəmzi kimi qəbul edilən yaşıl rəng isə çıxarıldı.

Azərbaycan Demokratik Respublikasının süqutundan sonra ADR in üçrəngli bayrağı SSRİ hüdudlarından kənarda azərbaycanlıların emmiqrant təşkilatları tərəfindən istifadə edilirdi. 1980 ci illərin sonunda isə ADR in üçrəngli bayrağı milli dirçəliş hərəkatının kütləvi aksiyalarında dalğalanmağa başladı. 1991 ci ilin yayında bu bayraq hətta Azərbaycan SSR nin Ali Sovetinin binasının fasadından asılmışdı, Lenin muzeyində isə M.Ə.Rəsulzadənin portretinin altında onun məşhur ifadəsi yazılmışdı - ‘’Bir kərə yüksələn bayraq bir daha enməz!’’.

 

17 noyabr 1990 cı ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 1 ci sessiyasında müasir Azərbaycan Respublikasının hüququ varisi olduğu ADR bayrağı muxtar respublikanın dövlət bayrağı kimi qəbul edildi, 29 noyabrda isə ‘’Azərbaycan SSR nin adının və dövlət bayrağının dəyişdirilməsi haqqında’’ sərəncam verildi, 5 fevral 1991 ci ildə isə Azərbaycan Milli Məclisi tərəfindən ratifikasiya olundu. 12 noyabr 1995 ci ildə ümumxalq səsverməsi - referendumda müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul edildi ki, onun da maddələrindən birində respublikanın üçrəngli bayrağının təsviri verilmişdi.

 

12 ildən sonra, 17 noyabr 2007 ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında sərəncam imzaladı. Meydanın təməli həmin ilin 30 dekabrında Azərbaycan Hərbi-dəniz qüvvələrinin əsas bazasının yaxınlığında Bayıl qəsəbəsində atıldı, 1 sentyabr 2010 cu ildə isə Dövlət Bayrağı Meydanının təntənəli açılışı oldu və Azərbaycan bayrağı qaldırıldı. Meydan 60 hektar ərazini əhatə edir, onun yuxarı hissəsi isə 31 min kvadrat metr təşkil edir.  Bayraq dirəyinin hündürlüyü - 162 metr, onun bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır.

 

 

Lakin, Azərbaycanın üçrəngli bayrağına ehtiram bununla da bitmədi. 17 noyabr 2009 cu ildə Prezident İlham Əliyev ‘’Azərbaycan Respublikasının Dövlət bayrağı Gününün təsis edilməsi’’ haqqında sərəncam imzaladı. Sərəncama uyğun olaraq hər il 9 noyabr Dövlət Bayrağı Günü kimi qeyd edilir. Həmin gün bayram və qeyri-iş günü hesab olunur.

Çox ümid edirəm ki, Azərbaycanın dövlət bayrağı tezliklə Xankəndi, Şuşa Ağdam və erməni ordusu tərəfindən işğal olunmuş bütün digər Azərbaycan əraziləri üzərində dalğalanacaqdır.

 

Hörmətlə, Fizuli Məmməd oğlu Məmmədov
Beynəlxalq ictimai birliklər ittifaqı "Dünya Azərbaycanlıları İttifaqı” nın prezidenti,
”Ümumdünya Azərbaycan Mədəniyyət Fondu" Beynəlxalq İctimai Fondunun Əlaqələndirmə Şurasının sədri

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı