Modern.az

ABŞ səfiri seçkilərlə bağlı önəmli AÇIQLAMALAR verdi

ABŞ səfiri seçkilərlə bağlı önəmli AÇIQLAMALAR verdi

9 Noyabr 2016, 12:49

"Münasibətlərimizin kifayət qədər uzunmüddətli - 25 il olması öz-özlüyündə bir göstəricidir. Bu müddət ərzində təhlükəsizlik sahəsində əməkdaşlıq edilərək Azərbaycanın təhlükəsiz, sabit bir dövlət olmasına, iqtisadiyyatın neft və qaz sahəsinin inkişafına kömək göstərilib. Eyni zamanda, qanunun aliliyi, korrupsiya ilə mübarizə sahəsində insanların görmək, yaşamaq istədiyi bir şəraitin yaradılması istiqamətində də əməkdaşlıq etmişik".

 

Modern.az məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

 

Seçkilərdən sonra ABŞ-Azərbaycan əlaqələrində hansı istiqamətlərin prioritet olacağına münasibət bildirən səfir qeyd edib ki, ABŞ-a müxtəlif partiyalardan olan şəxslərin prezidentlik etdiyi dövrlərdə - istər Bill Klinton, istər Corc Buş, istərsə də Barak Obama administrasiyası dövründə Azərbaycan və ABŞ-ın yaxşı əlaqələri olub:

"Güman edirəm ki, təhlükəsizlik, iqtisadi, xüsusilə enerji sahəsində, o cümlədən demokratiya, qanunun aliliyi sahəsində indiyədək mövcud olan və rəhbər tutulan prinsiplər münasibətlərimizdə yenə də önəmli olacaq. Bununla belə, mən yeni administrasiyanın adından bir söz deyə, çıxış edə bilmərəm. Hesab edirəm ki, seçilmiş prezident Tramp öz fəaliyyətinin bir hissəsi kimi hakimiyyətin təhvil alınması ilə məşğul olmalıdır. Keçid prosesinin daha mütəşəkkil olması üçün hakimiyyətdə olan administrasiya hazırki məsələlər və yeni administrasiyanın cağırışları barədə Tramp administrasiyasını indidən məlumatlandırır ki, onlar müvafiq qərarları indidən verməyə başlasınlar".

Səfir Donald Trampın komandasında Cənubi Qafqaz üzrə ekspertlərin də olduğunu deyib.

"Donald Trampın komandasında da Cənubi Qafqazla bağlı kifayət qədər məlumatı olan ekspertlər var".

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir