Modern.az

Aprel şəhidindən bəhs edən film nümayiş olunub

Aprel şəhidindən bəhs edən film nümayiş olunub

9 Noyabr 2016, 13:23

Noyabrın 8-də, Neftçala İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə, Heydər Əliyev Mərkəzində 9 noyabr Dövlət Bayrağı günü münasibətilə tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbir çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, “Yaddaş” Sənədli Filmlər Studiyasında lentə alınan “Samidə məktub” qeyri-oyun filminin premyerası keçirilib.

 

 16 dəqiqəlik ekran vaxtına malik olan film,  Azərbaycan Respublikasının Milli Qəhrəmanı, aprel döyüşlərinin şəhidi Samid İmanovdan bəhs edir. Filmin ssenari müəllifi və rejissoru Kamran Qasımov, bu filmin, Milli Qəhrəmanlar Silsiləsindən çəkildiyini vurğulayaraq, tədbir iştirakçılarını filmə baxmağa dəvət edib.

 

Tədbirdə rayon rəhbərliyi, ziyalılar, şəhidin ailə üzvləri iştirak ediblər.

 

Namidə BİNGÖL

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir