Modern.az

Parlament jurnalistləri Bayraq Günü Şimal-Qərb bölgəsində - FOTOLAR

Parlament jurnalistləri Bayraq Günü Şimal-Qərb bölgəsində - FOTOLAR

9 Noyabr 2016, 14:33

Noyabrın 9-da Parlament Jurnalistləri Birliyi (PJB) 20-ə yaxın üzvü şimal-qərb bölgəsində olublar.

 

Tədbir Milli Məclisin Balakəndən seçilən üzvü Nəsib Məhəməliyev və Parlament Jurnalistləri Birliyinin təşkilatçılğı ilə baş tutub.

Hər il ənənəvi olaraq 9 noybar bayraq günü PJB üzvləri tərəfdindən qeyd olunur.

 

Bu il də davam etdirilən ənənəvi səfərdə məqsəd bayraq gününün bölgələrdə geniş təbliğatını aparmaq, insanların bu barədə bilgilərini artırmaqdan ibarətdir.

 

Jurnalistlər səfər çərçivəsində Balakən, Şəki, Qax, Zaqatala, Oğuz, İsmayıllı bölgələrində 2 minə yaxın bayraq paylayıblar.

 

Kiçikdən tutmuş böyüklərə qədər hər kəs bu bayraqları böyük coşqu ilə qəbul edib.

Məktəblilərin böyük üstünlük təşkil etdiyi aksiyada onların üçrəngli bayraqla bağlı tam bilgiyə malik olduğu üzə çıxıb. Şimal-qərb bölgəsində insanların bayrağa olan münasibəti qürurvericidir, təqdirəlayiqdir.

 

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir