Modern.az

Yasamalda Bərdə sakini döyüb qarət edənlər TUTULDU

Yasamalda Bərdə sakini döyüb qarət edənlər TUTULDU

9 Noyabr 2016, 15:03

Noyabrın 8-də Yasamal rayonu ərazisində 3 nəfər naməlum şəxs Bərdə rayon sakini Elgün İsmayılovu "VAZ-2106" markalı avtomobilə oturdub döyərək 200 manat və 10 min rubl pulunu, habelə mobil telefonunu alıblar.

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.  

 

Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Elvin Bağırov (avtomobilin sahibi), əvvəllər məhkum olunmuşlar Famil Babayev və Balakən rayon sakini Mahir Aşurov tutulublar. Araşdırma aparılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır