Modern.az

Arzu Əliyeva Bakıdakı klassik avtomobillərin paradında - FOTOLAR

Arzu Əliyeva Bakıdakı klassik avtomobillərin paradında - FOTOLAR

Aktual

9 Noyabr 2016, 16:39

Azərbaycan Avtomobil Federasiyası (AAF) noyabrın 9-da Dövlət Bayrağı Günü münasibətilə klassik avtomobillərin paradını və sərgisini təşkil edib.

Heydər Əliyev Mərkəzinin qarşısından start götürən və Dövlət Bayrağı Meydanınadək davam edən yürüşdə Arzu Əliyeva və Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, eləcə də klassik avtomobil həvəskarları iştirak ediblər.

Paradda 70-dən artıq klassik avtomobil iştirak edib. Tədbirə klassik avtomobil sahibi olan şəxslər də qoşulub. Klassik avtomobil həvəskarları AAF-ın çağırışına qoşularaq Dövlət Bayrağı Gününə həsr olunmuş yürüşdə iştirak ediblər.

Qeyd edək ki, AAF klassik avtomobil sahiblərini parada iştirakçı kimi dəvət edib. 1980-ci ilədək istehsal olunan klassik avtomobillərin sahibləri noyabrın 8-dək qeydiyyatdan keçiblər.

Azərbaycanın dövlət bayraqları ilə bəzədilmiş klassik avtomobillər paytaxt küçələri ilə yürüş edərək sakinlərdə coşqu yaradıb, bayram ovqatını artırıblar. Yürüş Dövlət Bayraq Meydanında başa çatıb.

Paradın davamı olaraq, Dövlət Bayrağı Meydanında klassik avtomobillərin sərgisi keçirilib. Paytaxt sakinləri və qonaqlar nadir eksponatlarla tanış olublar. 

Bugünkü paradda ölkəmizdə vaxtilə istifadə olunmuş avtomobillər, həmçinin xarici avtomobillər iştirak edib. Ən köhnə avtomobil 1949-cu ilin istehsalıdır.

Müasir Bakı küçələri ilə hərəkət edən bu avtomobillər insanı sanki keçmişlə gələcək zamanın birləşdiyi nöqtəyə aparıb. Beləliklə, uşaqdan böyüyədək hamı Dövlət Bayrağı Gününün sevincini birlikdə yaşayıblar.  

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır