Modern.az

Lənkəranda dəniz sahilində mina tapılıb

Lənkəranda dəniz sahilində mina tapılıb

Aktual

9 Noyabr 2016, 20:15

Lənkəranda dəniz sahilində mina tapılıb. Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Modern.az saytına verilən məlumata görə, dəniz sahilindən 1 ədəd tank əleyhina mina (TM-62P) aşkar edilərək götürülmüş, nəticə etibarilə 1 000 kv.m. ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 09 noyabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 2 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib. Əməliyyatlar zamanı 3 952 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 2 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd “siqnal minası” və 43 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır