Modern.az

Azərbaycan və İran KİV-lərinin əməkdaşlığı rəsmiləşib

Azərbaycan və İran KİV-lərinin əməkdaşlığı rəsmiləşib

Aktual

9 Noyabr 2016, 23:33

İran və Azərbaycan arasında mətbuat sahəsində əməkdaşlığın genişləndirilməsinə dair razılaşma imzalanıb. Modern.az saytı xəbər verir ki, İranın Azərbaycandaki səfirliyindən verilən məlumata əsasən, bu razılaşma İranın Mədəniyyət nazirinin müavini Hüseyin Entezami və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov arasında Tehranda keçirilən mətbuat sərgisi zamanı imzalanıb.

Sazişdə iki ölkənin KİV-ləri arasında əməkdaşlığın inkişaf etdirilməsi haqqında razılıq əldə olunub. Sazişə görə, KİV-lər istehsal etdikləri məhsulların birbaşa mübadiləsini həyata keçirəcəklər. Razılaşdırılıb ki, məhsulların mübadiləsi pulsuz həyata keçirilsin. Hər iki ölkənin mətbuat orqanları qarşı tərəfdən alınan xəbər və ya digər məhsulu mənbə göstərməklə öz KİV-ində dərc edəcək.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı