Modern.az

Rumıniya səfiri   BANM-də

Rumıniya səfiri   BANM-də

10 Noyabr 2016, 11:02

Bakı Ali Neft Məktəbinin rektoru (BANM) Elmar Qasımov Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku ilə görüşdü. Rektor Elmar Qasımov qonağı salamlayaraq onu görməkdən məmnun olduğunu bildirdi.

 

Rektor BANM-in yaranma tarixi və fəaliyyət istiqamətlərindən söz açdı. Ali Məktəbdə qısa müddət ərzində görülən işlər və islahatlardan danışan Elmar Qasımov tədris prosesi, tələbələr üçün yaradılan şərait və beynəlxalq əlaqələrdən bəhs etdi. BANM-in dünyanın müxtəlif aparıcı ali təhsil ocaqları, həmçinin beynəlxalq şirkət və qurumları ilə geniş əlaqələrindən danışdı. Elmar Qasımov səfirə BANM-in tələbələri üçün təqdimat və ya məruzə ilə çıxış etməsini təklif etdi.

 

Rumıniyanın Azərbaycandakı səfiri Dan İankusəmimi qəbula görə təşəkkür edərək təklifi qəbul etdi. Səfir BANM ilə Rumıniya universitetləri arasında təhsil sahəsində əməkdaşlığın perspektiv inkşafına xüsusi önəm verdiyini qeyd etdi. O, Rımıniyanın müvafiq universitetləri ilə Ali Məktəb arasında əlaqələrin inkişafından söz açdı.

 

Görüşdə, o cümlədən universitetlərarası əlaqələr, tələbə mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

  Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı