Modern.az

“Yeni Müsavat”ın 27 yaşı oldu

“Yeni Müsavat”ın 27 yaşı oldu

10 Noyabr 2016, 11:03

Bu gün “Yeni Müsavat” qəzetinin təsis olunmasından 27 il keçir.

 

Modern.az xəbər verir ki, qəzet Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrdə yaranıb. Qeyri-rəsmi, gizli şəkildə fəaliyyət göstərən redaksiya qurulub, ilk nömrə oktyabr ayının əvvəllərində hazırlanıb.

İlk nömrəsi noyabrın 10-da Azərbaycan Xalq Cəbhəsinin Azadlıq meydanında keçirdiyi, 1 milyona yaxın insanın iştirak etdiyi mitinqdə paylanılıb.

 

“Yeni Müsavat” hazırda öndə gələn informasiya vasitələrindən biridir.

 

Modern.az adından “Yeni Müsavat” kollektivini təbrik edirik.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?