Modern.az

Trampın seçilməsi Ermənistan üçün sürpriz oldu

Trampın seçilməsi Ermənistan üçün sürpriz oldu

10 Noyabr 2016, 11:16

ABŞ-da keçirilən prezident seçkilərinin Ermənistan və tərəfdarları üçün daha bir gözlənilməz nəticəsi onların köhnə dostları - Bob Dold, Mark Kirk və digərlərinin məğlubliyyəti oldu".

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter"dəki səhifəsində yazıb.

N.Məmmədov qeyd edib ki, tərəfdarlardan biri - "Azərbaycanda demokratiya üzrə Akt"la məşhur olmuş Cozef Hek də məğlub olanlar arasındadır.

 

Xatırladaq ki, Donald Tramp noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlib. Yeni seçilmiş prezident yanvarın 20-də inauqurasiyadan sonra vəzifəsinin icrasına başlayacaq. Demokratların namizədi Hillari Klinton isə seçicilərin yetərincə səsini toplaya bilməyərək öz məğlubiyyətini etiraf edib.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu