Modern.az

Qarabağ üçün Trampdan gözləntilər - Nə edəcək?

Qarabağ üçün Trampdan gözləntilər - Nə edəcək?

10 Noyabr 2016, 16:25

Amerikada prezident seçkiləri başa çatdı. Respublikaçılar Partiyasından olan Donald Tramp prezident seçilib.

ABŞ-ın yeni rəhbərini təbrik edən prezident  İlham Əliyev, Azərbaycanın uzun illərdir ki, Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkdiyini də bəyan edib.

Donald Trampın Amerika prezidenti seçilməsi Azərbaycan üçün mühüm olan bir məsələni gündəmə gətirib.

Qarabağın taleyində dönüş gözlənilirmi?

 

Milli Məclisin deputatı Zahid Oruc  Modern.az-a açıqlamasında fikirlərini bölüşüb.

 

“Amerikada antiqlobalistlərin qalib gəlməsi, Amerikada uzun illər ərzində silah koalisiyalarının, maliyyə ticarət lobbi qruplarının, dövlət mexanizmlərinin, dünyanı sümürən  iri lojaların məğlubiyyətə  uğramasıdır. Həm də bunu ağların inqilabı kimi dəyərləndirirlər. İrqi ayrı-seçkilikdən əziyyət çəkən bir ölkədə qara dərili prezidentdən sonra ağlar iş yerlərini itirirlər və əvəzində Amerika Balkanlarda, Əfqanıstanda  İraqda savaş aparır.

Cənubi Qafqaz məsələsinə gələndə Trampın 4 illik hakimiyyəti dövründə burada nələr gözlənilə bilər?! Gerçəkdən də komanda üzvlərinin fəaliyyəti fonunda, bu münaqişələrin həlli üçün hansısa real modellər təklif oluna bilərsə,  dövlət başçıları ilə ilə səmərəli iş mexanizmləri tapa bilinəcəksə,  bu, dünyada təhlükəsizliyin xeyrinə işləyəcək. Əgər Tramp, müxtəlif şifrəqrammalı məlumatları aldığı zaman   məxfi xəbərlərlə işləmək bacarğını ortaya qoya bilməyəcəksə, faktiki heç nə dəyişməyəcək. Eyni zamanda, Tramp, Yaxın Şərqdəki İŞİD əməliyyatlarını Amerikanın ayağına yazıb və düz də edib. Belə də var. Faktiki olaraq rəqibi Hillari Klintonu ona görə ittiham edirdi ki, ərəb dünyasına bu şəkildə müdaxilə olmaz”.

 

Zahid Oruc, Barak Obamanın prezidentliyi dövründə  Qarabağ münaqişənin həll edilə bilməməsinin şifrələrini də izah edib.

 

“Obama dövründə Dağlıq Qarabağla bağlı istəklərimiz reallaşmadı. Onun oratorluq qabliyyətinə, siyasi gücünə baxmayaraq, faktiki olaraq Cənubi Qafqazı öz prioritet siyasəti yerinə qoymadı. Bir dəfə də olsa bölgəyə gəlmədi. Bir sıra erməni kartından vasitə kimi istifadə etdi. Ona görə də bizim üçün Ermənistan-Türkiyə arasında sərhədi açmağı təklif edən, kifayət qədər korrupsiyaya uğramış Klintonun məğlub olması vacib idi. Bunun özü yaxşı hadisədir.  Tramp, nə dərəcədə siyasi hadisələrə qoşula biləcək,  ölkənin beynəlxalq  reallıqlarını dərk edəcək, real yöndə hərəkət etməyi bacaraq, bax, məsələnin başqa tərəfi də budur.  İndi o deyir ki, ABŞ daxildə hərəkət etməlidir.

“Öz ölkəmizin maraqlarını qorumalıyıq.  İtirilən iş yerlərinə görə addımlar atmalıyıq. Ölkənin əhalisinin mənafelərini birinci yerə qoymalıyıq. Bizim üçün Suriyada vuruşmaq önəmli deyil” deyir. Həmçinin bu, ölkə prezidentdən asılı deyil. Ən azıölkədə hakimiyyətin 3  qolu fəal şəkildə işləyir. Dövlət başçısını bu yolda addımlar atmağa vadar edir. Ona görə də Trampın mövqeyindən, şəxsi keyfiyyətindən bir ildən sonra əsər-əlamət qalmayacaq. Tamamilə fərqli siyasətçiyə çevriləcək”.

 

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir