Modern.az

Teleradio yayımı dövlət təhlükəsizliyinin tərkib hissəsi olacaq

Teleradio yayımı dövlət təhlükəsizliyinin tərkib hissəsi olacaq

Media

10 Noyabr 2016, 16:36

 

Milli Məclisin sabahkı iclasında“Lisenziyalar və icazələr haqqında” qanuna ediləcək dəyişikliklə teleradio yayımı fəaliyyəti xüsusi icazə tələb olunan fəaliyyət növü hesab olunacaq.

 

Bu barədə Modern.az-a Milli Məclisdən məlumat verilib.

 

Məlumata görə, “Lisenziyalar və icazələr haqqında” qanuna təklif olunan 1 və 2 nömrəli əlavələrində dəyişiklik olacaq.

 

Belə ki, bu dəyişikliklə Azərbaycanda teleradio yayımı fəaliyyəti dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar xüsusi icazə tələb olunan fəaliyyət növü sayılacaq.

 

Layihəyə görə, qanunun 1 nömrəli əlavəsindən (Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı) 7-ci (Teleradio yayımı fəaliyyəti) maddəsi çıxarılır.

 

Eyni adlı maddə 5-ci maddə kimi qanunun 2 nömrəli əlavəsinə (Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı) daxil olunur.

 

Layihə parlamentin sabahkı plenar iclasına tövsiyə olunub.

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır