Modern.az

“Biz camaata açıq deməliyik ki, ya əmanətlərinizi qaytaracağıq, ya da yox…”

 “Biz camaata açıq deməliyik ki, ya əmanətlərinizi qaytaracağıq, ya da yox…”

3 Noyabr 2009, 16:44

Modern.az xəbər verir ki, Milli Məclisdə 2010-cu ilin dövlət büdcəsinin müzakirəsi zamanı İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov “Xərclərə nəzarət haqqında” qanun layihəsinin  hazırlanmasını təklif edib: “Dünyanı cənginə alan iqtisadi böhran zamanı buna böyük ehtiyac var. Belə olmasa, yenə də büdcənin xərclənməsində əlavə problemlər çıxacaq”.

Deputat konkret olaraq unvanlı sosial yardım üçün ayrılan 200 milyon manat vəsaitin hara xərcləndiyi barədə maraqlanıb: “Bizə bu barədə yüzlərlə məktub gəlir. Ünvanlı sosial yardım alanların 3-6 ayliq pulunu kəsirlər? Bundan xəbəriniz yoxdur?”

V.Əhmədov vergi borcu olan müəssisələrlə baglı da danışıb: “Doqquz iri vergi ödəyicisinin dövlətə 6 milyard borcu var. Biz başqa mənbələrdən vəsait axtarırıq, deyin görək, bu borclar nə zaman ödəniləcək? Rayonlara ayrılan dotasiyalar məsələsində də narahatedici məqamlar var. Elə rayon var ki, hər il dotasiya artırılır, eləsi də var azaldılır. Ona görə dövlət başçısına bu barədə düzgün məlumat vermək lazımdır. Elə icra hakimiyyəti başçısı var ki, düzgün işləmir”.

Komitə üzvü son vaxtlar əhalinin banklara qoyduğu əmanətlər məsələsində xarici valyutaya üstünlük verildiyini də dilə gətirib: “Bu sahədə milli valyuta azalır, xarici valyutanın çəkisi artır. Bu da milli pula inamsızlığın nəticəsidir.

Deyəcəyim digər məsələ sosial ipoteka ilə bağlıdır. Bunun qarşısının alınmasının səbəbi nədir?

SSRİ vaxtından insanların banklarda qalan əmanərtləri qaytarılacaq, ya yox? Biz camaata açıq deməliyik ki, əmanətlərinizi qaytaracağıq, ya yox. Hər halda bütün MDB məkanında buna başlanılıb”. "Modern.az"

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir