Modern.az

MTRŞ-nın səlahiyyəti genişləndirildi

MTRŞ-nın səlahiyyəti genişləndirildi

11 Noyabr 2016, 13:07

“Əvvəllər televiziya və radio açmaq istəyən İqtisadiyyat Nazirliyinə müraciət edərək və Milli Televiziya və Radio Şurasının (MTRŞ) rəyini alaraq bu işi həyata keçirirdi. Artıq bundan sonra bu prosedurlarda MTRŞ-nın səlahiyyətləri genişlənir və bütövləşir”.

 

Modern.az-ın xəbərinə görə, bu sözləri Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov “Lisenziyalar və icazələr haqqıda” qanun layihəsinə edilən dəyişikliyin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, teleradio sahəsi dövlətin strateji və mühüm sahəsidir:

 

“Televiziya sahəsi çox mühüm və strateji sahədir. Ona görə də həyata keçirilən bu dəyişiklik də mühümdür. Əvvəlki qanundan fərqli olaraq artıq burada televiziya və radio yayımın ümumi hissəsindən fərqli olaraq dövlət təhlükəsizliyinin tərkib hissəsi olur. Bugünkü dövrdə dəyişiklik çox düzgün və ədalətlidir. Bundan sonra televiziyalar və radiolar dövlət təhlükəsizliyi siyasətinin tərkib hissəsi olur”-deyə Əflatun Amaşov bildirib.

“Lisenziyalar və icazələr haqqında” qanuna ediləcək dəyişikliklə teleradio yayımı fəaliyyəti xüsusi icazə tələb olunan fəaliyyət növü hesab olunur.

 

“Lisenziyalar və icazələr haqqında” qanuna təklif olunan 1 və 2 nömrəli əlavələrində dəyişiklik təklif edilib. Belə ki, bu dəyişikliklə Azərbaycanda teleradio yayımı fəaliyyəti dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar xüsusi icazə tələb olunan fəaliyyət növü sayılır.

 

Layihəyə görə, qanunun 1 nömrəli əlavəsindən (Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı) 7-ci (Teleradio yayımı fəaliyyəti) maddəsi çıxarılır.

Eyni adlı maddə 5-ci maddə kimi qanunun 2 nömrəli əlavəsinə (Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı) daxil olunur.

 

Layihə səsə qoyularaq qəbul edilib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir