Modern.az

Kredit borcu olanlara şəxsiyyət vəsiqəsi verilmir - ŞOK

Kredit borcu olanlara şəxsiyyət vəsiqəsi verilmir - ŞOK

İqtisadiyyat

11 Noyabr 2016, 14:10

Deputat Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında ona vətəndaşlar tərəfindən edilən mühüm müraciəti səsləndirib.

 

Modern.az-ın xəbərinə görə, deputat deyib ki, Azərbaycanda bir sıra xidmətlərin “ASAN Xidmət”ə verilməsi çox yaxşıdır:

“Ancaq indi şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlər üçün ciddi problemlər yaranıb. Yəni ya kredit borcu, ya da vergi borcuna görə deyirlər ki, şəxsiyyət vəsiqəsinin vaxtı uzadıla bilməz.

Bank sistemində kiminsə səhvini axı “ASAN Xidmət” ödəməli deyil?! Vətəndaş neyləsin ki, devalvasiya baş verib, nəticədə o yoxsullaşıb, kreditini ödəyə bilmir. Şəxsiyyət vəsiqəsi cinayətkara da verilir. Bunu qarışdırmağın mənası yoxdur”.

 

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!