Modern.az

Ərdoğan Minsk məscidinin açılışını etdi  - FOTO

 Ərdoğan Minsk məscidinin açılışını etdi  - FOTO

11 Noyabr 2016, 17:17

Belarusda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Minskdə məscidin açılışında iştirak edib.

 

Modern.az-ın"Haber 7" qəzetinə istinadən verdiyi məlumata görə, mərasimə Belarus Prezidenti Aleksandr Lukaşenko, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və dini işlər naziri Mehmet Görmez də qatılıb.

 

54 il öncə - 1962-ci ildə sovet rejimi tərəfindən dağıdılan məscidin 2014-cü ildə Türkiyə Diyanət Vəqfinin 7 milyon dollarlıq maliyyə dəstəyi ilə inşasına başlanıb.

Minsk məscidində 2500 nəfər eyni vaxtda ibadət edə biləcək.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?