Modern.az

Azərbaycanda bankların xəritəsi hazırlandı

Azərbaycanda bankların xəritəsi hazırlandı

11 Noyabr 2016, 17:30

Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən ölkəmizdə səfərdə olan turistlərin və xarici qonaqların bank xidmətlərinə rahat çıxışının təmin edilməsi məqsədilə əsas turistik bölgələrdə yerləşən bankların filial və şöbələrinə dair dolğun informasiyalarla zəngin xəritə hazırlanıb.

 

Palatadan Modern.az-a bildirilib ki, ingilis dilində tərtib olunmuş xəritə Bakı, Gəncə, Quba, Qəbələ və Şəkidə yerləşən bankların struktur bölmələrinin ünvanları, iş rejimi və əlaqə nömrələri göstərilməklə dizayn edilib. Xəritədə həftəsonları və 24/7 rejimində fəaliyyət göstərən filiallar xüsusi qeyd olunub.

 

Sözügedən xəritə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində ölkə mehmanxanalarına paylanıb.

 

Xəritənin elektron versiyası isə Palatanın rəsmi internet səhifəsində yerləşdirilib (link: //fimsa.az/pages/369). 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir