Modern.az

Ermənilər Qarabağa yardım üçün Los-Ancelesə toplaşacaq

Ermənilər Qarabağa yardım üçün Los-Ancelesə toplaşacaq

11 Noyabr 2016, 18:35

Ermənistan diasporu noyabrın 24-də Ermənistan üçün növbəti ianə toplama kampaniyası çərçivəsində telemarafon keçirəcək.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ianələr Dağlıq Qarabağda infrastruktur layihələrinin gerçəkləşməsinə və çoxuşaqlı ailələrə evlərin inşa olunmasına sərf olunacaq.

 

“Hayastan” fondunun keçirəcəyi telemarafon noyabrın 24-ü saat 22:00-da Los-Ancelesdən start götürəcək. Səhər saat 10:00-a qədər davam edəcək 12 saatlıq telemarafon çərçivəsində ABŞ, Kanada və dünyanın digər ölkələrində yaşayan diaspor nümayəndələri ianə göndərə biləcək.

 

Noyabrın 16-dan 20-nə qədər Fransa, İsveçrə, Almaniyada, noyabrın 20-də isə Yunanıstanda telemarafon baş tutacaq.

 

Marafonun ilk iştirakçıları olan Toronto erməniləri 1 milyon dollar ianə toplayıblar.

 

Vüqar İSMAYILOV 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər