Modern.az

Masallıda torpaq sürüşməsi aktivləşib

Masallıda torpaq sürüşməsi aktivləşib

11 Noyabr 2016, 18:59

Son günlər davam edən qeyri-sabit hava şəraiti Masallıda yenidən torpaq sürüşmələrinə yol açıb. 

 

Modern.az xəbər verir ki, APA-nın cənub bürosunun məlumatına görə, torpaq sürüşmələri əsasən rayonun Güllütəpə və Zuvand kəndlərində müşahidə olunmaqdadır. Bu yaşayış məntəqələrinin ərazisindəki əkin sahələrində qeydə alınan torpaq sürüşmələri yerli sakinlər üçün təhlükəyə çevrilib. Torpaq sürüşməsi Güllütəpə kəndində dörd vətəndaşın pay torpağını əhatə edib. Bu səbəbdən həmin ərazilərdə sakinlər əkin apara bilmirlər.

 

Burada torpaq qatı təqribən 150 metr uzununa və 50 metr eninə sürüşüb. Sakinlərin sözlərinə görə, onlar mal-heyvanlarını örüşə buraxa bilmirlər.

 

Masallı Rayon İcra Hakimiyyəti başçısının ərazi nümayəndəsi Əlövsət Muradovun verdiyi məlumata görə, kənddə 60 sot ərazidə dərin yarğanlar əmələ gəlib. Yağıntı düşən kimi sürüşmə aktivləşir. Nümayəndə bildirib ki, rayon mərkəzindən 25 km məsafədə yerləşən Zuvand kəndində isə torpaq sürüşmələri daha çox fərdi evlər üçün təhlükə yaradıb. Burada yaşayış olmayan bir evin divarlarında çatlar əmələ gəlib, digər evlər üçün isə hələlik təhlükə gözlənilmir.

 

Qeyd edək ki, Masallı rayonunun sözügedən yaşayış məntəqələrində 2008-ci ildə də torpaq sürüşmələri faktı qeydə alınıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir