Modern.az

Ələt-Astara yolunda ölən şəxsi maşın vurubmuş

Ələt-Astara yolunda ölən şəxsi maşın vurubmuş

11 Noyabr 2016, 21:53

Dünən axşam saatlarında Ələt-Astara avtomobil yolunda tapılmış meyitin şəxsiyyəti müəyyən olunub. Modern.az saytı xəbər verir ki, Virtualaz.org-un məlumatına görə, meyiti tapılan 1983-cü ildə anadan olmuş Neftçala rayonu, Aşağı Kürkənd sakini Cəfərov Zaur Vladimir oğludur.

 

Xatırladaq ki, ötən gün saat 21 radələrində Ələt-Astara avtomobil yolunun 17-ci km-də Salyan rayonunun Kürsəngi kəndindən keçən hissəsində yolun kənarından kişi meyiti tapılmışdı. Meyitin üzərindəki xəsarət izləri onun yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişdiyi ehtimalı yaratmışdı.

 

Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində meyitin kimə məxsus olması müəyyən olunub. Hazırda piyadanı vurub öldürən və hadisə yerindən qaçmış avtomaşının və sürücüsünün axtarışları aparılır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi