Modern.az

Şagirdi məktəbdə it dişləyib - VİDEO

Şagirdi məktəbdə it dişləyib - VİDEO

Aktual

11 Noyabr 2016, 23:25

Şəkidə 17 saylı orta məktəbin şagirdini it dişləyib. Modern.az saytı xəbər verir ki, ARB TV-nin məlumatına görə, 3-cü sinif şagirdi Məmmədov Pərvin Elçin oğluna məktəbin həyətində it hücum çəkib.

Ayağından yaralanan uşaq dərhal təcili tibbi yardım vasitəsilə Şəki MRX-yə çatdırılıb.

Uşağın nənəsi Laləzar Əliyeva nəvəsinin 1-ə 15 dəqiqə qalmış məktəbdən çıxdığını bildirib: “5 saatdır mən axtarıram. İynə tapıb vurmurlar. Əvvəlcə aşağıdakı, sonra isə buradakı klinikaya gəldim. Burada da olmadı yenidən getdim ora. Oradan da bura göndərdilər”.

 

İtin quduz olub-olmaması da məlum deyil. Məktəbin həyətində balaladığını da nəzərə alsaq, deməli zamanında it məktəbdən uzaqlaşdırılmasa eyni vəziyyət davam edəcək.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür