Modern.az

Yığmamız məğlub oldu: 4:0 - YENİLƏNİB

Yığmamız məğlub oldu: 4:0 - YENİLƏNİB

12 Noyabr 2016, 01:43

Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il Dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirir. Modern.az saytı xəbər verir ki, milli komandamız Belfast şəhərində Şimali İrlandiya yığmasının qonağıdır. İlk 3 oyundan sonra 7 xalla qrupda 2-ci yerdə olan Robert Prosineçkinin komandası bu dəfə də meydana qələbə üçün çıxıb.

Amma oyunun 27-ci dəqiqəsində rəqib komanda hesabı açıb. Oyunun 40-cı dəqiqəsində isə komandamız qapısında ikinci qolu görüb.

İkinci hissədə Şimali İrlandiya yığması daha iki dəfə fərqlənib. Oyunun 66-cı və 83-cü dəqiqələrində qapımızda top gördük. Beləliklə, oyun 4:0 hesabı ilə irlandların qələbəsi ilə yekunlaşıb. Bununla da komandamız turnir cədvəlindəki yerini Şimali İrlandiya verib.

 

1.

Almaniya

4

4

0

0

16:0

12

2.

Şimali İrlandiya

4

2

1

1

8:2

7

3.

Azərbaycan

4

2

1

1

2:4

7

4.

Çexiya

4

1

2

1

3:4

5

5.

Norveç

4

1

0

3

5:7

3

6.

San Marino

4

0

0

4

9:9

0

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər