Modern.az

Trampdan maraqlı AÇIQLAMALAR: “Obamacare” ləğv olunur, Bəşər Əsədin devrilməsini istəmir  

Trampdan maraqlı AÇIQLAMALAR: “Obamacare” ləğv olunur, Bəşər Əsədin devrilməsini istəmir   

Dünya

12 Noyabr 2016, 10:54

ABŞ-ın yeni prezidenti Donald Tramp ilk növbədə səhiyyə və məşğulluq sahəsində olan problemləri həll etmək, vergi islahatları aparmaq istəyir. Həmçinin sərhəd nəzarətinin gücləndirilməsi ilə bağlı addımlar atmağı qarşısına məqsəd qoyub.

 

Modern.az saytının məlumatına görə bu haqda Donald Tramp“The Wall Street Journal” nəşrinə müsahibəsində bildirib.

O deyib  ki, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun elektron poçt yazışmaları ilə bağlı xüsusi qrup yaratmağı da düşünür.

Tramp qeyd edib ki, sığorta şəhadətnaməsinə görə, öz uşaqlarını irəli atmağa çalışan valideynlərin hüququnu dəstəkləyir.

“Eyni zamanda onu da deyim ki,  “Obamacare” qanunu artıq belə saxlanmayacaq. Ya burada düzəlişlər ediləcək, ya da ləğv olunaraq başqası ilə əvəz ediləcək”-deyə o əlavə edib.

Qeyd edək ki, “Obamacare” tibbi sığorta qanunudur. Bu, Barak Obamanın 2013-cü ildə tətbiqinə başlatdığı səhiyyə islahatının tərkib hissəsidir.

Donald Tramp onu da söyləyib ki, Amerika xalqını birləşdirmək niyyətindədir.

 

“Mən elə bir ölkə istəyirəm ki, orada hamı bir-birini sevsin. Bunu vurğulamaq istəyirəm. Daxili gərginliyi azaltmağın ən yaxşı üsulu iş yerlərinin sayını artırmaqdır”.

Ağ Evin yeni rəhbəri  rəsmi Vaşinqtonun Suriya və “İslam dövləti” (İŞİD) ilə bağlı perspektiv siyasətinə də toxunub.

“Mən vəzifəmin icrasına başlayandan sonra Suriyada “İslam dövləti” ekstremist qruplaşması ilə mübarizəyə fokuslanmaq niyyətindəyəm. Amma mən Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən devrilməsi üçün edilən cəhdlərdə olmayacağam”.

 

Tramp ABŞ-ın Suriya ilə bağlı planını dəqiq təsvir etməsə də, Suriya müxalifətinə dəstək verməyəcəyinə işarə verib.

 

“Mən Barak Obama administrasiyasının Suriya müxalifətinə dəstəyin göndərilməsi ilə nəticələnən siyasətini davam etdirməyəcəyəm. Suriyaya mənim baxışım çox insanlarınkından fərqlənir. Biz hazırda Suriya üsyançılarını dəstəkləyirik, amma dəqiq anlayışa malik deyilik. Biz Suriya ilə vuruşuruq, Suriya isə İŞİD-lə döyüşür. Elə biz özümüz də İŞİD-dən qurtulmaq istəyirik. Rusiya indi Suriyanın mütləq müttəfiqidir. Həmçinin İran da. Əgər ABŞ Əsədin ordusuna hücum edirsə, bu, o deməkdir ki, biz eyni zamanda Rusiya ilə də döyüşürük” – deyə o bildirib.

 

Aqşin KƏRİMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir