Modern.az

BMT Almaniyada azərbaycanlı deputata orden verdi - FOTO

BMT Almaniyada azərbaycanlı deputata orden verdi - FOTO

12 Noyabr 2016, 11:44

 

Bir neçə gün öncə Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatındakı nümayəndə heyətinin rəhbəri Eldar Quliyev Almaniyada Birləşmiş Millətlər Təşkilatınını (BMT) xüsusi mükafatı ilə təltif olunub.

Bu barədə Modern.az-a Azərbaycanın Almaniyadakı diplomatik korpusundan məlumat verilib.

Məlumata görə, millət vəkili dünya elm və təhsilində xidmətlərimə görə Avropa Xidmət ordeni ilə təltif edilib. BMT-nin Avropadakı nümayəndəliyinin rəhbəri Mehmet Şükrü Güzel bu ödülləri Eldar Quliyevə şəxsən tədim edib.

Deputata daha bir ordeni isə 12 ildir əməkdaşlıq etdiyi Almaniya Təbiət Elmləri Akademiyası təqdim edib. “Qızıl Qartal” adlanan bu mükafat Eldar Quliyevə elm sahəsində gördüyü işlərə görə verilib. Bu təltifi isə akademiyanın prezidenti V.Tyiminski özü təqdim edib.

 

Eldar Quliyev saytımıza bildirib ki, bu ilin sentyabrında ona BMT-nin Avropa nümayəndəliyindən müraciətlər olub.

 

“Təqdimatın hansı ölkədə keçirilməsi ilə bağlı məndən fikir almaq istəyirdilər. Mən də almaniyanın üzərində dayandım. Bununla əlaqədar Milli Məclis Azərbaycanın Almaniyadakı səfirliyinə məktub göndərdi ki, təşkilatı məsələlərdə bizə yardımçı olsunlar. Təltif Berlinin Hilton otelində keçirildi.

Təltifdən öncə  Berlində fəaliyyət göstərən Azərbaycan səfirliyində olduq. Yeni təyin olunmuş səfir Ramil Həsənovla görüşdük və onu təbrik etdim. O, gənc diplomat olaraq Azərbaycanı Avropada təmsil etməyin çox şərəfli iş olduğunu  bildirdi. Bundan əvvəlki ölkələrədə olduğu kimi Almaniyada da Azərbaycanın nüfuzunun qaldırılmasında və əlaqələrin genişləndirilməsində bütün gücü ilə çalışdığını söylədi.

 

Daha sonra tədbirin keçirilməsi ilə bağlı razılığa gəldik. Həmin toplantıda Avropanın tanınmış alimləri, Almaniya, İsveçrə, Hollandiya və Fransadan nümayəndələr qatılmışdılar. Almaniyada fəaliyyət göstərən Təbiət Elmlər Akademiyasının prezidenti V. Timınski, akademiyanın nümayəndə heyəti iştirak edirdi. Almaniyada yaşayan tanınmış alimimiz Maqsud Əfəndiyev, İsveçrədən BMT-nin Avropa nümayəndəliyinin başçısı Mehmet Şükrü Güzel, eləcə də Azərbaycan diasporunun nümayəndələri iştirak edirdi”.

 

Deputat bildirib ki, səfir Ramil Həsənov çıxış edərək Azərbaycanın bu günkü vəziyyəti, ölkə Prezidentinin təhsilə verdiyi dəyər, ən sürətlə inkişaf edən ölkələr arasında olması, ölkəmizin xarici siyasətindən danışdı: “Eyni zamanda mənim fəlaiyyətimlə bağlı məlumat verdi”.

 

BMT-nin Avropa nümayəndəliyinin başçısı Mehmet Şükrü Güzel təhsil sahəsində aparılan islahatlardan danışdı. Avropada görülən işlər, alimlərin elmi işlərinin BMT tərəfindən təltif olunması və s. məsələlərlə bağlı, eləcə də mənim bundan əvvəl Avropada, Amerikada çap olunan elmi məqalələrim haqqında  məlumat verdi.

Daha sonra öz adımdan bu təltif olunmaya görə BMT-nin nümayəndəliyinə təşəkkürümü bildirdim və qeyd etdim ki, bu, yalnız mənə deyil, Azərbaycan aliminə verilən dəyərdir. Bu diplom tək mənə deyil, mənim simamda bütün Azərbaycan ziyalılarına və bütövlükdə xalqımıza verilən dəyərdir.

Çıxışımda  elmi fəaliyyətimlə bağlı məlumat verdim. Onlara özümlə apardığım ingilis dilində çapa hazır olan 350 səhifəlik kitabımın siqnal nüsxəsini təqdim etdim.

Elan etdim ki, yaxın zamanlarda bu kitabı Avropanın aparıcı dövlətlərində çap ediləcək və təqdimatı olacaq. Kitabın adı  “Ərzaq təhlükəsizliyi” adlanır. Burda əsasən ərzaq təhlükəsizliyi, iqlim dəyişikliklərindən, uşaq əməyindən, gender bərabərliyindən, problemlər və onların həlli yollarından bəhs edilir. Burda BMT-nin bilavasitə bu işlə məşğul olan təşkilatı olan FAO-nun əməyi də önə çəkilib.  Bir çox alimlərdən sitatlar gətirilib. Daha məhsuldar bitki növlərinin, insan əməyinin qiymətləndiriməsi, sahibkar-işçi münasibətləri  kimi məsələlərdən söhbət açılıb.

 

Daha sonra digər görülən işlər haqda, Azərbaycanın daxili və  xarici siyasəti haqqında danışdım. Azərbaycanın özünün müstəqil dövlət kimi gücünü bütün dünyaya nümayiş etdirdiyini bildirdim. Ölkəmizin bu günkü inkişafının məhz İlham Əliyevin rəhbərliyinin nəticəsi olduğunu diqqətə çatdırdım. Azərbaycanın inkişafının yeni modeli haqda məlumatlar verdim. Bir daha ölkəmizin aparıcı dövlət kimi öz sözünü dünyada dediyini, regional böyük layihələrin məhz Azərbaycanın aparıcılığı ilə həyata keçirildiyini bildirdim.

Qeyd edim ki, kitab böyük maraq doğurdu. Mənim hazırladığım bu kitab tək ölkəmizə deyil, bütün dünyada olan ərzaq təhlükəsizliyini ön plana çıxarır. Bu elmi əsərdə Azərbaycan haqda da sitatlar gətirilib. Dünyada baş verən proseslər, terrorizmlə mübarizə, Misirdə, Yaxın Şərqdə, Suriyada, Liviyada baş verən hadisələr, milyonlarla insanın öz yurdlarından didərgin düşmələrindən bəhs olunur. Bunun fonunda da ərzaq təhlükəsizlyinin bilavasitə təsirləri burda vurğulanır. 

 

Sonda mən 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” olduğunuonaqların nəzərinə çatdırdım. 2016-cı ilin isə Prezident tərəfindən “Multikultiralizm ili” elan olunmasını bidirdim. İnsanlara dinindən, irqindən asılı olmayaraq onlara olan münasibət, ermənilərin Azərbaycanlılara olan vəhşiliklərindən söhbət açdım. Bu gün dövlət tərəfindən qaçqın və məcburi köçkünlərə hər cür şəraitin yaradıldığıını bildirdim.

Mən tədbirin yüksək səviyyədə təşkil olunmasına görə səfir Ramil Həsənova minnətdarlığımı bildirirəm".

 

Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır