Modern.az

Dünya Bankı Azərbaycana dəstək verməyə hazırdır

Dünya Bankı Azərbaycana dəstək verməyə hazırdır

12 Noyabr 2016, 12:25

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı baş iqtisadçı Naoko Kojonun rəhbərlik etdiyi Dünya Bankının Makroiqtisadiyyat üzrə Texniki Yardım Missiyasını qəbul edib.

Bu haqda Palatadan Modern.az-a verilən məlumatda bildirilib.

Görüş zamanı ölkənin mövcud makroiqtisadi durumu və inkişaf perspektivlərinə dair keçirilmiş görüşdə ölkə iqtisadiyyatının əsas meylləri müzakirə edilib.

Makroiqtisadi sabitliyin möhkəmləndirilməsi məqsədilə aparılan islahatlardan söz açan Naoko Kojo Dünya Bankının bu sahədə Azərbaycana lazımi texniki dəstəyin göstərilməsinə hazır olduğunu bildirib.

Görüşdə, əsasən iqtisadi islahatların gedişi və qanunvericiliyin təkmilləşdirilməsi istiqamətlərində atılan addımların müzakirəsi aparılıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər