2016-cı ilin 9 ayında dövlət büdcəsinin xərcləri 10.6 milyard manat olub.
Modern.az xəbər verir ki, bu haqda Mərkəzi Bankın 2016-cı ilin yanvar-sentyabr ayları üzrə Pul Siyasəti icmalında bildirilib.
Məlumata görə, itisadi təsnifata uyğun olaraq cari ilin doqquz ayında dövlət büdcəsi xərclərinin 42.5 %-i və yaxud 4514 mln. manatı sosial yönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib.
Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 9.9 % və yaxud 406.6 mln. manat çoxdur.
Gülşən RAUFQIZI