Modern.az

Azərbaycanda inflyasiya 11 faizi keçdi – RƏSMİ

Azərbaycanda inflyasiya 11 faizi keçdi – RƏSMİ

12 Noyabr 2016, 15:00

2016-cı ilin 9 ayında orta illik inflyasiya 11.2% təşkil edib.

 

Modern.az xəbər verir ki, bu haqda Mərkəzi Bankın 2016-cı ilin yanvar-sentyabr ayları üzrə Pul Siyasəti icmalında məlumat verilib.

 

Qeyd olunub ki, İstehlak Qiymətləri İndeksinin (İQİ) komponentləri olan ərzaq qiymətləri orta illik 12.7%, qeyri- ərzaq qiymətləri 15.9%, xidmətlərin dəyəri isə 5.2% artıb. İstehlak səbətində qiyməti artan və azalan məhsul və xidmətlərin sayındakı fərqin dəyişim dinamikasını göstərən diffuziya indeksi aylar üzrə dəyişkən olub.

 

Bildirilib ki, ümumilikdə, 9 ay ərzində 561 adda mal və xidmətdən 22-nin qiyməti azalıb, 39-nun qiyməti isə dəyişməz qalıb.

2016-cı ilin 9 ayında nominal effektiv məzənnə, inflyasiya gözləntiləri və dünya əmtəə qiymətlərinin dəyişimi qiymətlərə artırıcı, müvafiq mal qrupları üzrə qiymətlərin dövlət tənzimlənməsi və ƏDV-dən azadolmalar, habelə, pul kütləsinin dəyişməsi isə azaldıcı təsir göstərib.

 

Qiymətləndirmələr göstərir ki, 2016-cı ilin 9 ayında manatın nominal effektiv məzənnənin ucuzlaşmasınınorta illik inflyasiyaya (11.2%) birbaşa artırıcı təsiri 5.5 faiz bəndi təşkil edib. 2016-cı ilin ötən dövrü ərzində hökumət tərəfindən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi əczaçılıq məhsulları üzrə qiymətlərə azaldıcı təsir göstərib.

 

Qeyd edək ki, 2016-cı il 30 iyun tarixində Tarif (qiymət) Şurası tərəfindən daha 2557 dərman vasitəsinin qiyməti təsdiqlənib. Qiymətləri yeni tənzimlənmiş bu dərman vasitələrinin qiymətləri əhəmiyyətli dərəcədə aşağı salınıb. Belə ki, 29%-nin qiyməti mövcud qiymətlərlə müqayisədə 2 dəfədən çox, 11%-nin qiyməti 3 dəfədən çox, ümumilikdə 90%- nin qiymətləri endirilib.

 

Ümumilikdə, indiyədək Şura tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla 9632 dərman vasitəsinin topdan və pərakəndə satışqiyməti təsdiq olunub. Bu, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin 99%-ni təşkil edir. Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya yanvar-sentyabr aylarında 12,5% təşkil edib.

 

Qeyd olunduğu kimi, dövr ərzində istehlak qiymətlərinin dəyişimi həm də gözləntilərdən təsirlənib.

Bir sıra xərc amillərinin təsiri ilə inflyasiya gözləntiləri, ümumilikdə, yüksəlsə də, bəzi sahələrdə gözləntilərdə azalma meyilləri müşahidə olunub.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?