Modern.az

“Aprel müharibəsi”ndən də geniş hərbi əməliyyatlar başlaya bilər

“Aprel müharibəsi”ndən də geniş hərbi əməliyyatlar başlaya bilər

Qarabağ

14 Noyabr 2016, 11:59

“Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin cəbhə xəttində Ermənistana verdiyi mesajı işğalçı dövlət ciddi xəbərdarlıq kimi qəbul etməlidir
Ali Baş Komandanımız bir daha erməni işğalçılarının yadına saldı ki, tezliklə razılığa gəlib Azərbaycan torpaqlardan çıxmalıdırlar”.

 

Bunu Modern.az-a ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov prezidentin Füzuli rayonuna səfəri çərçivəsində N saylı hərbi birləşməyə baş çəkərək, döyüş postundan Ermənistana verdiyi hərbi mesajları şərh edərkən deyib.

 

Y.Aydəmirov bildirib ki, bu ilin aprel ayındakı müharibdən də geniş hərbi əməliyyatlar başlaya bilər. Və nəticədə bu dəfə ermənilər birdəfəlik susdurulacaq:

 

“Əgər ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından çıxmasalar, tezliklə aprel döyüşlərindən də kəskin hərbi əməliyyatlar başlanacaq və ermənilər sarsıdıcı cavablar alacaqlar.

 

Tezliklə başlanacaq hərbi əməliyyatlar aprel döyüşlərinin 100 mislindən də güclü olacaq.

Burada artıq bir neçə strateji yüksəklikdən söhbət getmir. Bu dəfə iri yaşayış məskənləri, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olan rayonlarda hərbi əməliyyatlar baş tutacaq.

 

Azərbaycan Müdafiə Nazirliyinin təçkilatçılığı ilə son günlər ayrı-ayrı qoşun növlərində genişmiqyaslı hərbi təlimlərin keçirməsi Ermənistana ünvanlanmış ciddi mesajlardır.

 

Prezidentin bu tipli sərt mesajları onu göstərir ki, yaxın zamanlarda bir neçə böyük hərbi birliklərin iştirakı ilə döyüş əməliyyatı başlaya bilər. Əgər belə əməliyyatlar keçirilsə, bu dəfə ermənilər birdəfəlik susdurulacaq”.

 

Ehtiyatda olan general-leytenant əlavə edib ki, Azərbaycan Ordusunda nizam-intizam ən yüksək səviyyədədir.

“Bu gün ən aşağı sıravi əsgərdən tutmuş, zabit heyətinə qədər hamı Ali Baş Komandanın bütün əmirlərini yerinə yetirməyə tam hazırdır”.

 

Xatırladaq ki, 12 noyabrda Ali Baş Komandan, Prezident İlham Əliyev Füzuli rayonuna səfəri zamanı N saylı hərbi birləşməyə və döyüş postuna baş çəkib. Prezident milli ordunun hərbçiləri qarşısında çıxış edərək, Ermənistan tərəfə çox ciddi hərbi mesajlar verib.

 

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır