Modern.az

“Bloomberg”: “Azərbaycan və Ermənistan müharibəyə hazırdır”

“Bloomberg”: “Azərbaycan və Ermənistan müharibəyə hazırdır”

14 Noyabr 2016, 14:22

“Texniki baxımdan Azərbaycan və Ermənistan müharibəyə hazılrdır” . Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın “Bloomberg” agentliyi yazır.

 

Agentliyin fikrincə, hərbi əməliyyat meydanında Rusiyanın Ermənistana satdığı “İsgəndər” raketləri ilə Azərbaycanın İsraildən aldığı dronlar üz-üzə gələcək.

 

“Ermənistan və Azərbaycan aprel toqquşmalarından sonra öz hərbi arsenalını xeyli genişləndirib. Yerevan Rusiyadan taktiki-operativ “İsgəndər” raketlərini alıb, Azərbaycan isə İsraildən müasir dronlar alıb və Pakistandan yüksək texnoloji silahlar almaq niyyətindədir”.

 

Londonda yerləşən “Chatham House” İnstitutunun fikrincə, tərəflərin silah arsenalını artırması Qarabağda müharibə riskini artırır.

 

Vüqar İSMAYILOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu