Modern.az

Milli Məclisə bələdiyyələrlə bağlı hesabat təqdim olunub

Milli Məclisə bələdiyyələrlə bağlı hesabat təqdim olunub

14 Noyabr 2016, 15:34

“2016-cı ilin fevral ayının bələdiyyələrlə bağlı hesabatı bizə təqdim olunub. Bununla əlaqədar materiallar verilib. Tam rəqəmlərlə nə qədər bələdiyyənin cinayətə cəlb olunmasını deyə bilməyəcəm. Çünki statistik rəqəmlərdir”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisi Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bələdiyyələrlə bağlı danışarkən deyib.

Deputat bildirib ki,  bələdiyyələrlə bağlı yaxşı mənada irəliləyiş var.

 

“Onu əlavə edə bilərəm ki, son illər bələdiyyələrin cəzalandırılması halları azalıb. Bu da çox yaxşı haldır. Maarifləndirmə tədbirləri nəticəsində  bələdiyyələrə daha savadlı kadrlar cəlb edilib deyə cəzaların da sayı azalıb. Güman ki, 2017-ci ilin yanvar ayında bələdiyyələrin hesabatını bizə təqdim edəcəklər. Bbiz də fevral  ayında müzakirə edəcəyik.

 

Adətən bələdiyyələrin cinayət məsuliyyətinə cəlb edilməsi barədə hesabatı fevral ayında ədliyyə nazirinin müavini Vilayət  Zahirov özü təqdim edir. Ümid edirik ki, növbəti hesabatda da bələdiyyələrin işində nöqsanlar az aşkarlanacaq”

 

 

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir