Modern.az

Saakaşvili ilə xanımı arasında nə baş verir? - ÖZƏL

Saakaşvili ilə xanımı arasında nə baş verir? - ÖZƏL

Ölkə

14 Noyabr 2016, 16:44

“Siyasət çətin bir sahədir. Burada həm uduzmaq, həm də udmaq olur. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı Sandra xanım da bu məsələləri çox gözəl başa düşür. Bircə onu bilirəm ki, Sandra Saakaşvili siyasi məsələlərə görə Mixail Saakaşvili ilə münasibətləri pozmayıb. Cütlük tez-tez  bir araya gəlir”.

 

Bunu Modern.az-a açıqlamasında Gürcüstan parlamentinin azərbaycanlı deputatı, Vahid Milli Hərəkat Partiyasının üzvü Azər Süleymanov deyib.

Onun sözlərinə görə, Mixail Saakaşvili ilə xanımı arasında heç bir ailə münaqişəsi baş verməyib.

 

“Aralarında bir ailə kimi isti münasibətlər mövcuddur. Hal-hazırda Mixail Saakaşviliyə cinayət işi açılıb. Ona görə də Gürcüstana gələ bilmir. Amma Sandra Saakaşvili tez-tez Ukraynaya həyat yoldaşının yanına gedib-gəlir. Belə deyək  də, Ukraynada tez-tez bir araya gəlirlər. Hətta, bu yaxınlarda bir neçə deputatla Saakaşvilinin ailəsi ilə bir yerdə idik. Hamımız onların necə yaxşı vaxt keçirdiyinin şahidi olduq”.

 

Xatırladaq ki, Mixail Saakaşvili Ukraynanın Odessa vilayətinin qubernatorluğundan  istefa verib.

 

Hal-hazırda Gürcüstanda keçmiş prezident cinayətə cəlb edildiyindən adıçəkilən ölkəyə buraxılmır.

 

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür