Modern.az

Saytlar zərərlidir yoxsa televiziyalar? – Siyasətçilərdən CAVAB

Saytlar zərərlidir yoxsa televiziyalar? – Siyasətçilərdən CAVAB

Media

15 Noyabr 2016, 10:29

Cəmiyyətin formalaşmasında mətbuatın rolu böyükdür. Həm televiziya, həm də yazılı mətbuat vasitəsi ilə cəmiyyət informasiya ilə təmin edilir. Mətbuat bəzən cəmiyyət üçün təhlükəyə də çevrilə bilər. KİV-in hansı növü cəmiyyət üçün zərərli ola bilər?

 

Modern.az məsələ ilə bağlı siyasətçilərin fikrini öyrənməyə çalışıb.

 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, bu jurnalistin bacarığından asılıdır.

“Elə jurnalist var, özünü yazılı mətbuatda daha yaxşı göstərir, elə jurnalist də var televiziyada öz bacarıqlarını nümayiş etdirir. Peşəkar jurnalist üçün məkanın fərql yoxdur. Həm televiziya, həm də yazılı mətbuatın özünəməxsus izləyicisi var. Bunlar sadəcə bir mənanın iki obrazının göstərilməsidir. Hər ikisinin zərəri də  ola bilər, xeyri də olar bilər”.

 

Ədalət Partiyasının sədri İlyas İsmayılov bildirib ki, hər ikisi cəmiyyət üçün lazımlıdır.

 

“Həm televiziyalarda, həm də yazılı mətbuatda əsas fikir cəmiyyətə düzgün çatdırılmalıdır. Mətbuat o zaman cəmiyyət üçün zərərli olar ki, yalan informasiyalar yayılar.  Televiziyalarımız pis vəziyyətdədir. Ancaq  yazılı mətbuatımız müxtəlifdir, bəzi saytlardan yaxşı məlumatlar əldə edirik. Amma elə saytlar var ki, heç oxumağa dəyməz, böhtanla məşğul olurlar. Belə jurnalistika zərərlidir. Bunu televiziya və yazılı mətbuat olaraq ayırmağa ehtiyac yoxdur”.

 

Vəhdət partiyasının sədri, deputat  Tahir Kərimlinin sözlərinə görə, bu, bir neçə cəhətdən qiymətləndirilə bilər.

“Birinci cəhət verilən informasiyanın nə dərəcədə zərərli olmasından alıdır. Ola bilər ki, kiçik auditoriyanı əhatə edən bir yerdə çox zərərli məlumatlar verilə bilər. İkinci isə informasiya vasitəsinin əhatə dairəsindən asılıdır. Televiziyalar daha əhatəli, auditoriyası daha böyükdür. Televiziya da  daha çox həssaslıq tələb olunur. Ancaq təhlilli məqalələr yazılı mətbuatda daha çox müşahidə edilir. Bu cəhətdən də məsuliyyət bölünməlidir. Milli Məclisdə keçiriləcək komitə iclasında internet məkanında olan təhqir, böhtan  məsələlərini  müzakirə edəcəyik. Bu məsələlər cəmiyyətimizi narahat edir. Suala konkret cavab vermək çətindir”.

 

Qafar Ağayev

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!