Modern.az

Deputatlar hakimlərin maaşını artırmağı təklif etdilər

Deputatlar hakimlərin maaşını artırmağı təklif etdilər

Aktual

15 Noyabr 2016, 13:47


“Bu yaxınlarda bir məhkəmə sədri ilə söhbət etdim. O mənə dedi ki, təkcə noyabr ayında məhkəməyə 17 min mülki xarakterli iş daxil olub. Biz əgər bunu günlər üzrə hesablasaq, bir hakimin üzərinə bir günə minimum 9 iş düşür”.

Modern.az-ın xəbərinə görə, bunu millət vəkili Qüdrət Həsənquliyev Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında “Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.


Deputat bildirib ki, belə olan halda hansısa keyfiyyətli işdən söhbət gedə bilməz:


“ Buna görə də, məhkəmələr gözdən düşür, ədalətsilziyə yol verilir. İşlərin çoxluğundan, zaman olmaması məsələsindən bu kimi problemlər ortaya çıxır. Ona görə də hakimlərin sayını artırmaq lazımdır. O cümlədən vəkillərin sayının da artırılması yaxşı olardı. Paralel olaraq hakimlərin əməkhaqqısının da artırılması məsələsi yerinə düşərdi. Belə olan halda hakim ləyaqətli həyatını aldığı maaş hesabına təmin edə bilər. Biz vaxtilə həyəcan təbili çalırdıq ki, hüquq-mühafizə orqanları iş adamlarına işinə fəal müdaxilə edir. Çox təəssüf ki indi də buna əməl etməyənlər oldu. Əməl olunmadığına görə də indi onun məhkəmələrdə ağır nəticələrini görürük”.

Deputat Rafael Cəbrayılov da hakimlərin ştat vahidinin artırılması ilə bağlı həmkarının fikrini dəstəkləyib: “ Məhkəmələrdə mülki işlərlə bağlı məsələlər ürəkaçan deyil. Ona görə də hakimlərin sayının artırılması yaxşı olardı”.


Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!