Modern.az

Azərbaycanda hüquqi şəxslərin cinayətə cəlb edilmə qaydası sərtləşdirilir

Azərbaycanda hüquqi şəxslərin cinayətə cəlb edilmə qaydası sərtləşdirilir

15 Noyabr 2016, 14:01

“Qanun layihəsinə tərəfimizdən baxılıb. Çox sevindirici haldır ki, Cinayət Prosesual Məcəlləsində hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat adlı fəslin əlavə edilməsi xüsusi bir icraat kimi nəzərdə tutulub. Burada prosesin bütün iştirakçılarının hüquq və vəzifələri istintaqı aparan müstəntiqüin və prokuroruk bütün vəızifə və funksykarı öz əklsini tapıb”.

Modern.az-ın xəbərinə görə, bu sözləri Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, polis polkovniki Teymur Hacıyev Milli Məclisin Hüquq Siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında çıxışı zamanı deyib.

DİN-in Baş İdarə rəsinin müavini Cinayət Prosesual Məcəlləsində Hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat adlı fəslin əlavə edilməsinin əhəmiyyətini belə əsaslandırıb:

“Bundan sonra eyni zamanda barəsində təqib aparılan şəxsin hüquqları, həm də konkret olaraq məsuliyyətə cəlb etmə prinsipləri də bu qanun layihəsində geniş təsbiq olunub. Bütövlükdə bu gün hüquqi şəxslər barəsində cinayət hüquq tədbirlərinin tətbiq edilməsi ilə əlaqədar artıq zərurət yaranıb. Bir çox istintaq işlərində bu cür problemlər ortaya çıxırdı”.

Polis polkovniki Teymur Hacıyev əlavə edib ki, artıq bundan sonra hüquqi şəxslər barəsində açıla biləcək cinayət işləri zamanı istintaq prosesi xüsusi hal kimi aparılacaq:

“Bu qanun qəbul olunduqdan sonra konkret olaraq əməlin tövsifində, cinayət işini istintaqının xüsusi hal kimi aparılmasında gələcəkdə istintaq orqanları birbaşa işdə tətbiq edə biləcək. Qanun layihəsində göstərilənlər reallığı əks etdirir. Hüquqi şəxsin hansı hallarda cinayət məsuliyyətinə cəlb oluna biləcəyinin normaları aydınlaşdırılıb”.


Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir